Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Vaynşteyn rolları seks əvəzində verdiyini etiraf edib?


H.Vaynşteyn
H.Vaynşteyn

Harvi Vaynşteynin dostu və Londonda çıxan «The Spectator» jurnalının köşə yazarı ötən ay sensasiyaya səbəb olacaq bir yazı dərc edib və onu bir neçə saatın içərisində geri götürüb. Yazıda Vaynşteynin əlindəki imkanlardan seks üçün istifadə etdiyini boynuna aldığı deyilir və onun özündən sitat gətirilir.

Köşə yazarı Taki Teodorakopulos Vaynşteynin onu Manhettendəki Qrand Sentral Terminalı yaxınlığındakı ofisinə dəvət etdiyini yazır. Prodüser burada onu cinsi təcavüzdə suçlayan çoxsaylı qadınlardan yalnız ikisinin dediklərinin doğru olduğunu etiraf edib. Söhbət aktrisalar Rouz MakqouenAziya Arcentodan gedir.

«Hər kəs indi də belə edir»

Teodorakopulosun yazısında Vaynşteyndən belə bir sitat gətirilir: «Mən Hollivudda böyük ad çıxarana qədər heç bir qız mənə baxmırdı. Bəli, mən onlara seks əvəzinə aktyor işləri təklif etmişəm, ancaq hər kəs belə edirdi və indi də belə edir. Ancaq mən heç vaxt bircə qadını da olsa məcbur etməmişəm».

Bu, prodüserin rolları seksə dəyişməsi ilə bağlı ilk etirafıdır (əgər həqiqətən bu etirafı edibsə).

Vaynşteynə hazırda cinayət işi açılıb. O, üç qadına cinsi təcavüzdə ittiham olunur. O, özünü günahsız saydığını deyib və hər hansı bir şəxslə onun razılığı olmadan cinsi əlaqədə olduğunu danıb.

Maraqlıdır ki, Vaynşteynin vəkili Bencamin Brefman açıqlama verərək heç vaxt belə bir şey demədiyini bildirib.

R.Makqouen
R.Makqouen

«Mən bu söhbətdə iştirak etmişəm. Bu, müsahibə deyildi, iki dostun... görüşü idi. Nə Harvi və Taki bu məsələni müzakirə ediblər, nə də mən onlara icazə vermişəm. Onlar köhnə Hollivud və Avropa mədəniyyəti ilə təzadlardan danışıblar və mənə elə gəlir ki, Taki Harviyə köhnəlik prizmasından baxır. Cənab Vaynşteyn heç vaxt kino rollarını seksə dəyişdiyi haqda heç bir şey deməyib. Mənə inana bilərsiniz...», – Brefman deyib.

Brefman Teodorakopulosun əlavəsinə də diqqət çəkib: ««Spectator»un köşə yazarı kimi 41 ildən sonra ilk dəfə mən Harvi Vaynşteynin mənimlə... Nyu-Yorkdakı söhbətini yanlış təqdim etdiyimi düşünürəm. Bu mənim səhvim idi. Biz Hollivudu müzakirə edirdik və görünür, mən oranın üsulları haqda bəzi şeyləri yanlış anlamışam. Yazımın başlığı ilə heç bir əlaqəm yoxdur. Ümid edirəm, onun işinə ziyan vurmamışam. Bu sadəcə, bir ziyarət idi».

A.Arcento
A.Arcento

«Şübhələrim var»

Yazının hələ də hər hansı düzəliş edilmədən «The Spectator»un səhifəsində olduğu deyilir. Jurnal «The New York Times» qəzetinin şərh vermək xahişini cavabsız qoyub.

Teodorakopulos daim Vaynşteyni müdafiə edib. O, köşəsində belə yazıb: «Bəziləri mənim önyarqılı olduğumu düşünə bilər, ancaq mənim guya Vaynşteyn tərəfindən zorlandıqdan illər sonra ortaya çıxıb etiraf edən qadınlarla bağlı şübhələrim var».

İyunda başqa bir yazısında isə Teodorakopulos hətta Makqouen Arcentonun Harvi Vaynşteyn tərəfindən zorlandıqları haqda hekayələrinə ciddi şübhə etdiyini vurğulamışdı. «Boş verin. Bu gün Amerikada bir qadın ittiham irəli sürər, kişiyə isə dərhal buna görə ölüm hökmü verilər», – o yazıb.

Arcento məsələ ilə bağlı açıqlama vermək istəməyib. Makqouen isə telefonla verdiyi müsahibədə əsəbi danışıb və Harvi Vaynşteyni «patoloji yalançı və superyırtıcı» adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG