Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:46

Rza Talıbov türk işadamı ilə ortaqlıqdan çıxdı


Rza Talıbovun atası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov

İstanbulda qurulan «Gemikaya Dış Ticaret Enerji Sanayi ve Ticaret Limited» şirkətindəki əlli faizlik pay digər ortaq – Emin Uçara satılıb. Payın neçəyə satıldığı haqda bilgi verilmir.

ito.org.tr-dan screenshot
ito.org.tr-dan screenshot

Mənbə: ito.org.tr

AzadlıqRadiosu-nun İstanbul Ticarət Palatasından əldə etdiyi məlumata görə, pay dəyişimi iyulun 18-də baş verib. 2010-cu ilin martında yaradılarkən ortaqların hər biri onun kapitalına 100 min türk lirəsi qoymuşdu. İdxal-ixrac əməliyyatları ilə məşğul olan şirkət İstanbuldakı Gemikaya İş Mərkəzində yerləşir. Şirkətin illik dövriyyəsi barədə məlumat yoxdur.

Buna da bax:​ Səhmdarları arasında talıbovlar olan ‘Naxçıvanbank’ mənfəət vergisi ödəmir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Bakı Dövlət Universitetində müəllim işləyən oğlu Rza Talıbovun türk işadamı Emin Uçarla ortaqlığı Azərbaycanda daha geniş inkişaf edib. Naxçıvanda və Bakıda 30-dan çox şirkəti və müəssisəni birləşdirən «Gəmiqaya Holdinq» Şirkətlər İttifaqı tikinti materialları, qida məhsulları, içkilər və mebel istehsalı, eləcə də turizm və otelçilik, tikinti, ticarət sahələrində fəaliyyət göstərir.

2014-cü ildə holdinq Gürcüstanda «Gəmiqaya Holdinq» rəhbəri Rza Talıbovun, Acarıstanın hökumət və parlament başçılarının iştirakı ilə «Divan Suites Batumi» otelini istifadəyə verib. Bu haqda R. Talıbov öz Facebook səhifəsində yazır.

Buna da bax: «Gəmiqaya Holding» Nehrəm zəmilərini «şumlayır»- [video]

Rza Talıbovun biznes təmsilçiliyi bununla məhdudlaşmır. Vergilər nazirliyi məlumat verir ki, o, restoran xidmətləri sahəsində ixtisaslaşmış «RAİ Klub» MMC-nin direktorudur.

Screenshot
Screenshot

Screenshot: «Şərq qapısı» qəzeti, 28 noyabr 2013-cü il

Günün bütün mövzuları

XS
SM
MD
LG