Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:55

Varlısı çox varlı, yoxsulu çox yoxsul olan Azərbaycan


Badamdarda sürüşmə təhlükəli hal alır
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Badamdarda sürüşmə təhlükəli hal alır

Azərbaycanda səhər o başdan ta axşama kimi, qızmar günəşin altında günü 10 manata pambıq yığmaqla bir təhər dolanan ailələr də var. Bahalı ticarət mərkəzində gününə 200 min dollar xərcləyənlər də var.

İqtisadçı Qubad İbadoğlu ötən həftənin ən çox danışılan mövzusundan – keçmiş bankir Cahangir Hacıyevin xanımının xərclərindən yazıb. O qısa hesablama aparıb ki, Zamirə Hacıyevanın gündəlik xərcləmələri son 10 ilin hər saatında 1126 manat olub.

Müəllimin dörd aylıq maaşını bir saatda xərcləyən xanım...

Başqa sözlə məmur xanımının orta hesabla 1 saatda xərclədiyini Azərbaycan müəllimi 4 ayda, həkimi isə 6 ayda qazanır.

Azərbaycanda elə ailələr də var ki, bir daxmaya sığınıb, gündəlik çörək pulunu min bir əzabla qazanır. Məsələn, Namazəliyevlər ailəsi kimi. 12 ildir Biləcəridə bir otağa sığınan bu ailə dolanşığını kiminsə evində işləməklə, yer belləyib, zibil atmaqla çıxarırlar.

Rəsmi statistikaya görə Azərbaycanda yoxsulluq həddi 5 faiz civarındadır. Amma Azərbaycan əhalisinin kasıbının nə qədər kasıb, varlısının nə qədər varlı olmasına dair statistika aparılmır.

Heç son illər statistika komitəsi rəsmi milyonçuların, milyarderlərin də kimliyini açıqlamır. İqtisadi ekspert Zöhrab İsmayıl müsahibələrindən birində bunun səbəbini ölkədə milyonçuların oliqarxlar, məmur ailələri olması ilə izah edir. Amma milyarder şirkətlərin özü var. Məsələn, Paşa Holdingin 2017-ci ildə aktivləri 7 milyard manata yaxın olub.

İfrat yoxsul

AzadlıqRadiosunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın tədqiqi layihəsi ilə birgə apardığı araşdırmasına görə, bu holding prezident İlham Əliyevin qızlarına məxsusdur.

Zaman-zaman tək Azərbaycanın birinci ailəsi deyil, digər nazir və məmurlar haqda da jurnalist araşdırmaları aparılıb. Onların dəbdəbəli həyatından, məxsus olduqları sərvətlərdən bəhs edilib.

Hətta bəzi hallarda prezident İlham Əliyevin özü də bəzi məmurların, onların övladlarının həyat tərzini təndiq edir:

“Bahalı hədiyyələr alırlar, dəbdəbəli ad günləri, toylar edirlər. Bəzi vəzifəli şəxslərin övladları qudurğanlıq edirlər”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, Azərbaycanda kasıblar çox kasıb, varlılar çox varlıdır. O deyir ki, ölkədə bir varlı təbəqə var, bir də ifrat yoxsul təbəqə.

“Sosial və İqtisadi Araşdırmalar Mərkəzi”nin eksperti, iqtisadçı Rəşad Həsənov düşünür ki, bu uçurum ölkəyə gələn böyük neft pullarından sonra daha aydın görünür:

“Son 25 il Azərbaycanda kəskin təqəbələşmə dövrü elan oluna bilər. Xüsusilə də, 2005-ci ildən sonra Azərbaycana böyük neft pullarının gəlməsi, oliqarx iqtisadiyyatının formalaşması, iqtisadiyyatda monopoliyanın dərinləşməsi və məmur binzesinin inkişafı kəskin təbqəbələşmə ilə nəticələndi. Bu təbəqələşmə də yoxsullar və zənginlər, məmurlar, oliqarxlardan ibarət oldu. Ölkədə orta təbəqə formalaşmadı”.

Prezidentin dedikləri və reallıq

Prezident İlham Əliyev 2018-ci il prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında deyib ki, hökumətin əsas hədəflərindən biri yoxsulluqla mübarizədir:

“Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşübdür. İşsizliklə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhalinin sayı 1,5 milyon nəfər artıb. Ancaq iş yerləri də təxminən o səviyyədə artıbdır”.

İlham Əliyev bildirib ki, hökumət gələcəkdə də bu məsələni diqqətdə saxlayacaq. Yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparılacaq.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Azərbaycanda milyon qazanmaq üçün nələr lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Azərbaycanda kəskin sosial təbəqələşmə barədə təhlillərdə müstəqil və müxalifət yönümlü ekspertlər bir qayda olaraq buna səbəb kimi geniş yayılmış korrupsiyanı, ölkədə azad sahibkarlıq və ədalətli məhkəmə sisteminin olmamasını göstərirlər. Hər nə qədər hakimiyyət təmsilçiləri bu fikirləri inkar etsələr də, yerli media ölkədə bank borclarına görə intihar cəhdləri, kasıblığa görə müavinət ala bilməyənlərin şikayətləri ilə bağlı xəbərlərlə aşıb-daşır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG