Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:40

Ekspertlər: Vaksinlər virusun yeni növlərinin də qarşısını alacaq - Qərb mediası


COVID-19 virusunun mutasiya etməsi dərin narahatlıq yaradıb. İndi dünyanın müxtəlif ölkələrində kütləvi vaksinasiya başlanıb, amma eyni zamanda koronavirusun yeni-yeni növlərinin aşkar olunması barədə xəbərlər gəlir.

Getdikcə artan iddialara görə vaksinlər yeni yaranan virus ştamları qarşısında aciz qala bilər.

Lakin Huffington Post portalı yazır ki, ekspertlər belə düşünmürlər. Onların çoxu ümid edir ki, vaksinlər bizim orqanizmimizdə SARS-Cov-2 virusunun yeni növlərinə qarşı da ümmunitet yarada biləcək.

Vaşinqton Universiteti Tibb Məktəbinin miktobiologiya fakültəsinin professoru Debra Fuller deyir ki, vaksin bütün hallarda müəyyən müdafiə yaradacaq:

“Əgər siz müəyyən mutasiyalı virusa yoluxsanız, vaksinin təsiri bir qədər azala bilər. Lakin bəzi vaksinlərin effektivliyinin 90 faizdən yuxarı olması o deməkdir ki, bu mutasiyalarla bağlı ən pis halda vaksinin effektivliyi təxminən 85 faizə düşəcək. Bu kifayət qədər yüksək göstəricidir”.

Aparılan tədqiqatlar göstərib ki, Pfizer vaksini son həftələrdə aşkar olunmuş daha yoluxucu yeni viruslara qarşı effektivliyini saxlayır. Hazırda Moderna vaksininə dair məlumatların toplanması davam edir. Lakin bu vaksinin də istehsalçıları onun yeni virus variantlarından qoruya biləcəyinə inanırlar.

Saytın səhiyyə yazarı Serafina Siu vaksinlər və gələcək mutasiya ştamları barədə nələri bilməli olduğumuz barədə məlumat verir:

Vaksin anticismlərin bir çox növlərinin yaranmasını tətikləyir.

COVID-19 vaksini bədəninizə daxil olduqda o orqanizmi iki növ immun reaksiyaya kökləyir.

Cənubi Kaliforniya Universitetinin molekulyar biologiya və immunologiya professoru Pola Kennon deyir ki, bu, COVID-19 virusunun tac çıxıntısının proteininə məruz qalan orqanizmə bu iki reaksiyanın işə salnınması üçün komanda verir.

Vaksinlərin “ehtiyat planı”

Professor Kennonun fikirncə, ekspertlər vaksinin müəyyən dərəcədə səmərəli olcağına ona görə inanırlar ki, immun reaksiyalar “poliklonal” səciyyə daşıyır.

Bu o deməkdir ki, vaksinin tərkibində bir növ “ehtiyat planlar” olur.

Yəni vaksinlər tac çıxıntısı proteininin müxtəlif hissələrinin hədəflənməsi üçün müxtəlif anticism yaranmasına rəvac verir:

“Əgər tac çıxıntısı proteininin bir hissəsi azacıq dəyişibsə və bu hissəyə düşən anticism onu artıq tanımırsa, burada tac proteininin başqa hissələrinə yapışa bilən on minlərlə başqa anticismlər var. Bunlar proteini tamamilə bürüyərək yararsız hala gətirir”.

Virusa vaksindən tamamilə yayınmaq imkanı verən mutasiyalar sizin düşündüyünüz qədər də asanlıqla baş vermir.

Fuller deyir ki, vaksinin tamamilə yararsız hala düşməsi üçün virusda mutasiyaların kombinasiyası olmalıdır:

“Bu o demək deyildir ki, belə mutasiya kombinasiyaları ola bilməz. Amma bunun baş verməsi üçün virusa xeyli uzun vaxt lazım gələ bilər”.

Bunun bir səbəbi də SARS-CoV-2 virusunun çox ləng mutasiya etməsidir.

Stanford Universitetinin tibb professoru Ketrin Bliş deyir ki, koronavirus qrip virusundan daha az sürətlə mutasiya edir.

Əslində qrip virusunun sürətli mutasiyasına görə qrip vaksinləri hər il yeniləndirilir.

Azərbaycanda vurulan vaksin haqda Qərb mətbuatı bunları yazır
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Viruslar daimi nəzarət altındadır

Məqalədə deyilir ki, alimlər həmçinin virusun normal həyat siklində baş verən mutasiyaları diqqətlə monitorinq edirlər. Onlar virusun genetik inkişaf ardıcıllığını izləyirlər.

Professor Kennon bildirir ki, genom müşahidələri alimlərə şəhərlərimizdə yaranmağa başlayan yeni ştamları monitorinq etmək imkanı verir.

Alimlər bunun sayəsində hətta yarana biləcək ştamları proqnozlaşdıra da bilirlər.

Fuller bildirir ki, vaksinin “dizaynı” prosesində alimlər onu daim yeni variantlara qarşı da sınaqdan keçirir və vaksində müvafiq reaksiyanın necə olduğunu yoxlayırlar.

Alimlər peyvənd edilmiş adamlardan götürdükləri qan nümunələrini yeni virus variantlarının təsirinəməruz qoyurlar. Beləliklə qan nümunələrindəki anticismlərin yeni variantları neytrallaşdırmaq qabiliyyəti yoxlanır.

Professor Fullerin sözlərinə görə, bu zaman hətta heç bir narahatlıq doğurmayan ştamlar da yoxlanır.

Başqa sözlərlə, vaksinlərin sınağı əslində virusun mutasiyaları ilə eyni vaxtda davam edir. Məhz buna görədir ki, vaksinlərin hazırlanması prosesi bu qədər çox vaxt tələb edir.

Koronavirusa qarşı peyvənd olunacaqsınız? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

İkinci müdafiə xətti

Professorun sözlərinə görə, hətta ən pis halda – yəni virusun vaksindən yayına biləcək dərəcədə mutasiya etdiyi halda belə Pfizer və Modernanın mRNT tipli vaksinlərinin “ikinci müdafiə xətti” var.

Bu vaksinlərin tətiklədiyi ikinci immun reaksiyası T şəkilli hüceyrə reaksiyası adlanır.

SARS-CoV-2 virusu orqanızmin hüceyrələrinə daxil olsalar belə, T şəkilli hüceyrə kimi tanınan ağ qan hüceyrələri yoluxmuş hüceyrələri tapıb orqanizmdən çıxarmaq qabiliyyətinə malikdir.

Yeni virus variantlarına qarşı yenilənmiş vaksin gücləndiricilərindən istifadə edilir.

Alimlər deyirlər mRNT (mitoxondriRNT) tipli vaksinlər də yeniləndirilə bilir və Fullerin fikrincə buna 3 ayadıək vaxt lazım gəlir.

Vaksinlərin yeniləndirilməsində qeyri-adi heç nə yoxdur. Qripə qarşı vaksinlər hər il təzələnir.

Bliş və Fuller düşünürlər ki, COVID virusuna qarşı vaksinlər də hər bir-iki ildən bir gücləndirilə bilər.

Bu işi asanlaşdıran odur ki, hər dəfə yeni vaksin hazırlanmır, artıq mövcud vaksinlərin təməlində yüksək effektivlikli vaksin variasiyaları yaradılır.

Liunun fikrincə, bütün bunlar o demək deyildir ki, mutasiyalar narahatlıq doğurmamalıdır, amma ümumilikdə bu, alimlər üçün sürpriz olmayıb.

Buna görə də vaksin növbəsini gözləyənlər maska taxmaqda, fiziki məsafə saxlamaqda, gigiyena qaydalarına tam əməl etməkdə davam etməlidirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG