Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:25

Sınaqları dayandırılmış vaksin ilin sonunadək hazır ola bilər


COVID-19-a qarşı dünyanın ən əsas namizəd vaksinini hazırlayan AstraZeneca əczaçılıq şirkəti bildirib ki, dayandırılmış sınaqlar bərpa olunarsa preparat bu ilin sonunadək hazır ola bilər.

Britaniya şirkəti sınaqları təcrübədə iştirak edən könüllülərdən biri özünü nasaz hiss etdikdən sonra dayandırılıb.

The Guardian yazır ki, bu barədə məlumatı şirkətin baş icraçı direktoru Pascal Soriot verib.

Vaksinin hazırlanması ilə məşğul olan AstraZeneca şirkəti və Oksford Universiteti preparatı bütün dünya boyunca 50 mindən 60 minədək könüllünün üzərində sınaqdan keçirir.

Soriot sınaqların nə vaxt bərpa oluna biləcəyini deməyib. Lakin o əlavə edib ki, vaksin hələ də ilin sonunadək hazır ola bilər.

AstraZeneca rəhbəri deyib ki, vaksin hazırlanması prosesində sınaqların gözlənilməz hallara görə dayandırılması o qədər də nadir hadisə deyil.

Nadir xəstəlik - Köndələnən mielit

Bu da xəbər verilir ki, vaksin təcrübələri zamanı xəstələnmiş qadın müayinə ediləcək. Bundan sonra onun vəziyyəti və səhhəti barədə hesabat hazırlanacaq.

Hesabat müvafiq orqanlarda baxıldıqdan və qiymətləndirildikdən sonra təcrübələr davam etdirilə bilər.

The Guardian yazır ki, qadında nadir, lakin çox ciddi onurğa iltihabı - Köndələlən mielit xəstəliyimüşahidə edilib.

Lakin Soriot deyib ki, son diaqnoz hələ qoyulmayıb.

Köndələlən mielit steroidlərlə müalicə oluna bilər. Bu zaman iltihab azalsa da, xəstəlik xroniki hala keçə bilər.

AstraZeneca hazırladığı vaksinin satışı üçün dünya boyunca 3 milyard doza üçün kontraktlar imzalayıb.

DST: “Ruhdan düşməyək”

Dünya Səhiyyə Təşkilatı (DST) bəyan edib ki, AstraZeneca şirkətinin sınaqlara fasilə verməsi ruhdan salmamalıdır.

DST qeyd edir ki, əksinə, bu hadisə vaksin hazırlanmasında qalxma və enmələrin təbii olduğunu göstərib.

DST-nin fövqəladə hallar direktoru Mike Ryan deyib:

“Bu, virusa qarşı yarışdır, insan həyatlarını xilas etmək uğrunda yarışdır, şirkətlər arasında yarış deyildir. Ölkələr arasında yarış deyildir”.

Koronavirusa indiyədək dünya boyunca 27.95 milyon insan yoluxub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG