Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 03:03

Azərbaycanda yeniyetmələr də peyvənd olunacaq


Vaksin basabası: 'İşimizdən də olduq. Belə şey olar?'
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Vaksin basabası: 'İşimizdən də olduq. Belə şey olar?'

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə istisna hallarda yeni növ koronavirus (COVID-19) xəstəliyi əleyhinə mRNT "Pfizer" (Comirnaty) peyvəndinin vurulacağı bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, istisna hallar dedikdə xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.

Bununla bağlı Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi komitəsi qərar verib. Vaksinasiya mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Peyvənd yalnız 18 yaşdan yuxarı şəxslərə vurulub. Ölkədə, əsasən, Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. Habelə "Sputnik V" (Rusiya), "AstraZeneca" (Britaniya, İsveçrə) və "Pfizer" (ABŞ və Almaniya) vaksinlərindən də müəyyən kəsim insanlar yararlanıb. İndiyə kimi ölkədə birinci mərhələdə 4.3 milyon, ikinci mərhələdə isə 2.8 milyondan çox şəxsin peyvənd edildiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə sentyabrın 7-nə kimi ümumilikdə 445 min 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 min 879-nun vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG