Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:21

Elmi araşdırma: Vaksinlərin təsiri 6 ay müddətində zəifləyir, amma…


Londonda səyyar vaksin məntəqəsi
Londonda səyyar vaksin məntəqəsi

Ekspertlər xəbərdarlıq ediblər ki, vaksinlərin gücdən düşməsi peyvənd olunmanın zəruriliyini ləğv etmir

Britaniyada aparılmış yeni elmi tədqiqat COVID-19-a qarşı Pfizer və ya AstraZeneca vaksinlərinin iki dozadan sonra yoluxmadan qorumaq effektivliyinin 6 ay ərzində azalmağa başladığını göstərib.

Sky New agentliyinin verdiyi məlumata görə ağlabatan “ən pis halda” vaksinin qoruma gücü 50 faizdən aşağı düşə bilər.

Zoe COVID adlı elmi araşdırmanın nəticələri göstərib ki, Pfizer-BioNTech vaksini peyvənddən bir ay sonra 88 faiz effektivliyə malik olur.

Lakin sonrakı beş-altı ayda effektivlik 74 faizə enir.

AstraZeneca vaksininin iki dozasının effektivliyi peyvənddən bir ay sonra 77 faizə düşür.

Bu vaksinin gücü növbəti 4-5 ay ərzində 10 faiz azalaraq 67 faizə enir.

İndi ən böyük suala daha dolğun cavab alınıb

Pfizer vaksininin mövsümortası tədqiqatı onun ilk ayda 96.2 faiz effektivliyə malik olduğunu göstərmişdi.

Lakin effektivliyin növbəti dörd ayda 83.7 faizə enməsi müşahidə olunub.

Vaksinləmə kampaniyası ötən ilin dekabrında başlananda onun nə müddətə effektiv qalacağı ən böyük sual idi, amma kampaniyanın səkkizinci ayında bu suala daha dolğun cavab vermək imkanı yaranıb.

Tədqiqatın ən böyük nəticəsi bundan ibarətdir ki, vaksinlərin təsiri zamanla zəifləyir.

Bu həm də üçüncü dozanın mühümlüyü məsələsini gündəmə gətirir.

Britaniyada üçüncü, gücləndirici dozanın vurulmasına sentyabr ayından başlanacaq, lakin bundan əvvəl səhiyyə rəsmiləri üçüncü dozanın kimlərə vurulmalı olduğu barədə qərara gəlməlidirlər.

Bütün hallarda peyvənd olunmaq zəruridir

İndiyədək keçirilmiş təcrübələr vaksinin xəstəliyin ağır formalarından qoruduğunu nümayiş etdirib, lakin qarşıdan qış mövsümünün gəlməsi əlavə tədbirləri zəruri edir.

Araşdırmanın aparıcı alimi, professor Tim Spektor deyib ki, onun fikrincə “ağlabatan ən pis ssenari” vaksin təsirinin qışadək 50 faizdən aşağı düşməsidir.

Alimin sözlərinə görə, bu, yaşlı insanları və tibb işçilərini çətin duruma sala bilər.

Professor Spektor xəbərdarlıq edib ki, vaksinlərin gücdən düşməsi peyvənd olunmanın zəruriliyini ləğv etmir.

O deyir ki, vaksinlər bütün hallarda xəstəlikdən yüksək qoruma keyfiyyətinə malikdirlər.

Bu da xəbər verilir ki, elmi araşdırmanın nəticələri milyonlarla insanın xəstəlik tarixinin öyrənilməsi ilə əldə olunub, lakin tədqiqat ayrıca olaraq daha yoluxucu Delta variantının təsirlərini nəzərə almayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG