Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

Ermənistan: Martirosyan oğurluq ittihamı ilə axtarışa verilib


Azərbaycanda sığınacaq alan erməni fəal
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Azərbaycanda sığınacaq alan erməni fəal

►“Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan Azərbaycana qaçaraq siyasi sığınacaq istəyib.

Bunu AzadlıqRadiosuna Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

Gözlə

No media source currently available

0:00 0:05:30 0:00
Direct-ə keçid

Onun sözlərinə görə, Vahan Martirosyan ailəsi ilə birlikdə "Cənubi Qafqaz Qadın Konqresinin" həmsədri, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Cəmiyyətinin sədri Novella Cəfəroğluna müraciət edib, Ermənistan rejiminin ona qarşı etdiyi fiziki və mənəvi zorakılıqdan bezdiyini, hakimiyyətinin basqısı nəticəsində həyat yoldaşının ana bətnində olan körpəsini itirdiyini və başqa yolu olmadığına görə Azərbaycana gəlmək istədiyini bildirib.

Ermənistan İstintaq Komitəsi sədrinin müşaviri Sona Turzyan "İnterfaks"a deyib ki, V.Martirosyan külli miqdarda pul oğurluğunda şübhəli bilinir və sentyabrın 9-da axtarışa verilib:

"İlkin məlumatlara görə, Martirosyan son vaxtlar həyat yoldaşı və uşaqları ilə birlikdə bir tanışının evində qalıb. Ordan təxminən 4 min ABŞ dolları oğurlayıb. İstintaq orqanları bununla bağlı onu təqsirləndirilən şəxs qismində dindirmək istəyib. Amma o, ilkin istintaq orqanına gəlmədiyi üçün barəsində axtarış elan edilib."

S.Tuzyan onu da deyib ki, Martirosyan Ermənistan parlamentinin üzvü Mqer Sedrakyanı onu döyməkdə ittiham etdiyi üçün zərərçəkən qismində də istintaqa dəvət edilib, amma bu məsələdə də istintaqla əməkdaşlıq etməyib və dindirməyə gəlməyib.

Buna da bax: Vergi borclarını zorla yığacaqlar - Yeni idarə yaradıldı

Novella Cəfəroğlu isə Vahan Martirosyanın Ermənistan rejimi tərəfindən işgəncələrə məruz qaldığını deyib:

“Onun ailəsinə qarşı ağlasığmaz cinayətlər törədilib və biz bu məsələni aidiyyəti qurumlara çatdırdıq. Məsələ müzakirə olunduqdan sonra Vaan Martirosyanın Azərbaycana gəlməsinə razılıq verildi”.

Novella Cəfəroğlu bildirib ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan Azərbaycandan siyasi sığınacaq almaq üçün ona müraciət edib və o isə bunu deputat Azay Quliyevə çatdırıb.

O Martirosyanın siyasi sığınacaq istəyinə müsbət cavab verildiyini deyir.

Buna da bax: Bakı-Sumqayıt yolunda dəhşətli qəza- [fotolar]

MƏTBUAT KONFRANSI GÖZLƏNİR

Turan agentliyi isə Vahan Martirosyanın sentyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuar konfransı keçirəcəyini xəbər verir.

Tədbirin press-relizinə əsasən, Martirosyan müxalif “Milli Azadlıq Hərəkatı”nın üzvüdür və dövlət orqanlarının və ayrı-ayrı şəxslərin təzyiqləri ilə əlaqədar Ermənistanı tərk etmək məcburiyyətində qalıb.

“Özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəyib”.

Ermənistan tərəfi hələlik məsələyə münasibət bildirməyib.

Buna da bax: Meydan TV-nin yoxa çıxan əməkdaşı tapıldı

ERMƏNİSTAN PROKURORLUĞU DEYİR Kİ...

Avqustun ortalarında V.Martirosyan döyülüb. Özü və arvadı döyüdükləri ilə bağlı polisə şikayət ediblər. Martirosyan ictimai-siyasi fəaliyyətinə görə zorakılığa məruz qaldığını bildirib.

Onu hakim Respublikaçılar Partiyasından olan deputat Mqer Sadrakyanın cangüdənlərinin döydüyünü iddia edib.

Ermənistan prokurorluğu isə məsələni araşdırdığını, döyülmə faktını təsdiqləsə də, V.Martirosyanın və onun ailə üzvlərinin dediklərində ziddiyyət aşkar etdiyini bildirib. Onun anası hadisənin ailə münaqişəsi zəminində baş verdiyini, bunun siyasətlə əlaqələndirilməsinin absurd olduğunu deyib.

V.Martirosyan hadisə zamanı arvadının bətnindəki uşağı saldığını deyib, anası isə gəlinin hamilə olduğundan xəbərsiz olduğunu bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG