Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Vaşinqton səmasında həyəcana səbəb olan ‘nəsə’ baş verdiyi bildirilir


ABŞ Konqresi
ABŞ Konqresi

Vaşinqton üzərində müdaxilə şübhəsi ilə qaldırılmış hava həyəcanının ardınca Ağ Ev və ABŞ Konqresi bağlanıb.

Hadisədən saatlar keçməsinə baxmayaraq rəsmilər hələ də həyəcanın nə ilə bağlı olduğunu izah edə bilmirlər.

Şimali Amerika Aerofəzanın Müdafiəsi Komandanlığının (NORAD) sözçüsü mayor Andrew Hennessy AFP agentliyinə deyib ki, noyabrın 26-da səhər saatlarında radar ekranlarında “şübhəli iz” qeydə alınıb.

Sözçü deyib ki, radar sisteminin qeydiyyata alma sistemini işə salan “nəsə” baş verib.

Vaşinqton üzərində ciddi qorunan aerofəzada naməlum təyyarəyə bənzəyən obyektin yaxından öyrənilməsi üçün helikopter göndərilib, amma heç nə aşkar olunmayıb.

Hennessy medianın həyəcanın quş dəstəsinə görə hərəkətə gəldiyinə dair xəbərlərinə şərh verməyib.

Ağ Ev bir saat ərzində qapalı qalıb, lakin həmin müddətdə prezident Donald Trump-ın nə etdiyi məlum deyil.

2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra Vaşinqton üzərində hava məkanına nəzarət sistemi son dərəcə sərtləşdirilib.

İndi ABŞ paytaxtının ətraflarında mümkün hava hücumundan müdafiə üçün yer-göy raketləri batareyaları yerləşdirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG