Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 17:19

Vətəndaş cəmiyyəti fəalları DİN-də


DİN-in qarşısında. 1 iyun 2018
DİN-in qarşısında. 1 iyun 2018

Bir qədər sonra Daxili İşlər Nazirliyi katibliyinin rəis müavini Fərman Sarıyev və mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə aşağı düşərək vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüblər. Müraciətin bir nüsxəsi də onlara təqdim edilib.

+++

Bu gün, iyunun 1-i ölkənin bir qrup vətəndaş cəmiyyəti fəalı Daxili İşlər Nazirliyinə gedib. Onlar əvvəlcədən hazırladıqları müraciəti qəbul otağındakı qutuya atıblar.

Bir gün əvvəl, mayın 31-də 100-ə qədər vətəndaş cəmiyyəti təmsilçisi, jurnalist və siyasətçi daxili işlər naziri Ramil Usubova açıq müraciət ünvanlamışdılar. Onlar bildirirdilər ki, 2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranmasının 100-cü ildönümü münasibətilə bir qrup vətəndaş cəmiyyəti təmsilçisi Bakıda «İstiqlaliyyət abidəsi» ətrafında bayram gəzintisi təşkil ediblər.

Müraciət müəllifləri vurğulayırdılar ki, bu gəzintidə iştirak edən bir neçə fəal, vətəndaş cəmiyyəti təmsilçisi son günlər inzibati qaydada həbs ediliblər.

Nazirə müraciətdə bildirilirdi ki, bu şəxslər «ünvansız söyüş söymək», «küçələri zibilləmək» kimi pozuntularda ittiham ediliblər.

«Həmin şəxslərin həbsi üçün rəsmi şəkildə qeyd olunan bəhanənin uydurma olduğuna, onların bayram tədbirində iştiraka görə cəzalandırıldığına heç bir şübhəmiz yoxdur», - deyə müəlliflər bəyan edirdilər.

Müraciətdə daha sonra yazılırdi: «Cənab nazir, əgər 100 il bundan öncə müsəlman Şərqində yaradılan ilk demokratik respublikanın yaranmasının 100-cü ilini bayram əhvalında qeyd etmək, üçrəngli Azərbaycan bayrağı ilə gəzmək, demokratik cümhuriyyəti böyük çətinliklərlə qurmuş dahi şəxsləri hörmətlə anmaq inzibati pozuntudursa, biz də həmin üçrəngli bayrağımıza, cümhuriyyət dəyərlərinə sevgimizi və hörmətimizi ifadə edirik. Bu, hüquq pozuntusu sayılırsa, bizi də buna görə məsuliyyətə cəlb etməyinizi xahiş edirik».

Müraciətə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL Partiyasının üzvləri, ayrı-ayrı fəallar və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakı ilə yürüş keçirilib.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlıya 30 sutka həbs cəzası verilib. Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi.

Mayın 30-da REAL Partiyası Ali Məclisi üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib.

REAL Partiyasının fəallarının hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib. Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir.

Baş verənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG