Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

17 vəkil qurumlara təhkim edilib


Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti məcburi qaydada bəzi vəkillərin vəkil bürolarına göndərilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Açıqlamanın mətni VK-nın saytında yer alır.

Bununla bağlı, Rəyasət Heyəti bildirir ki, qurumun qərarı ilə Gəncə, Şəki regionlarında fərdi qaydada fəaliyyət göstərən 17 vəkil fəaliyyət göstərdikləri yerlər üzrə vəkil qurumlarına təhkim edilliblər:

“... Vəkillərin bir qismi fəaliyyət göstərməli olduqları ərazilərdə deyil, paytaxtda fəaliyyət göstərməklə vəkillərin sayının az olduğu həmin regionlarda əhalinin peşəkar hüquqi yardıma çatımlılığına mənfi təsir göstəriblər.... Müvafiq regionda fərdi qaydada fəaliyyət göstərən vəkillər həmin regionlara onların könüllü müraciəti əsas götürülməklə Rəyasət Heyətinin qərarı əsasında göndərilib”.

Açıqlamaya görə, vəkillərin bir qismi də qanuna əsasən, müdafiə edilən şəxslər qarşısındakı məsuliyyətlərinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabına aylıq gəlirlərindən 2 faiz məbləğ keçirməli olduqları halda, bu vəzifələrini icra etməyiblər:

“Gələcəkdə oxşar pozuntu hallarının qarşısının alınması məqsədilə Rəyasət Heyəti pozuntuya yol vermiş vəkillərə münasibətdə intizam tənbeh tədbiri seçməyərək onlara xəbərdarlıq etmiş və əslində fəaliyyət göstərdikləri regionlarda yerləşən vəkil qurumlarına göndərmişdir”.

Xatırlatma

Bu günlər ictimai-siyasi fəalların hüquqlarının müdafiəsinə qatılmış vəkillər – Elçin Sadıqov və Aqil Layıc fərdi qaydada fəaliyyət göstərə bilməyəcəklərini açıqlamışdılar.

İradələrinə zidd olaraq, onlar müxtəlif vəkil bürolarına göndərildiklərini bildirmişdilər.Vəkillərin sözlərinə görə, bu hal onlara bəzi şəxsləri pulsuz müdafiə etməyə imkan verməyəcək.

Dünən, iyulun 18-də isə Elçin Sadıqov bildirib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb, səmimi söhbət edib. “Vəkillərin sığorta fonduna ödənilməli olan bütün illər üzrə ödənişləri tam ödəməyimlə bağlı sənədləri təqdim etdim".

O daha sonra da bildirib:

" ...Yenidən fərdi və ya büro təsis edərək fəaliyyət göstərməyimin mümkünlüyü ilə bağlı perspektivləri müzakirə etdik, mümkündür. Müsbət nəticələr əldə edəcəyik”.

XS
SM
MD
LG