Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 09:26

Gulnara Karimovanın həbsxanadan ambulansda çıxarıldığı deyilir


Gulnara Karimova

Özbəkistanın mərhum prezidenti İslam Karimovun həbsxanada olan qızı Gulnara Karimovanın vəkili deyib ki, o müştərisinin koloniyadan ambulansda çıxarıldığını düşünür.

Vəkil Gregoire Mangeat iyulun 18-də Twitter-də yazıb ki, o ambulans gələrkən Karimova ilə görüşmək üçün Özbəkistanın Zangiota həbsxanasının qarşısında gözləyirdi.

Mangeat deyib ki, etibarlı mənbə ona Karimovanın həmin ambulansın içində olduğunu bildirib:

Gulnara Karimova ötən mart ayında ev məhbusluğunun şərtlərini pozması iddiası ilə həbsxanaya köçürülmüşdü.

Karimova 2015-ci ildə mənimsəmə və pul qopartma ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum ediləndən bəri ev dustağı idi.

Mangeat iyulun 11-də demişdi ki, İsvevçrə hakimiyyət orqanları Karimovanın işi ilə bağlı Özbəkistana qaytarılmalı olan 555 milyon dolların köçürülməsini dayandırıb.

Vəkil bildirmişdi ki, buna səbəb Karimovanın haqlarının pozulmasına və ona tibbi xidmət göstərilməməsinə dair iddialar olub.

Karimovanın qızı Iman elə həmin gün Instagram-dakı hesabından yazmışdı ki, anasına lazımi tibbi xidmət göstərilmir və psixoloji təzyiq altında saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG