Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:56

Vəkil deyir ki, müstəntiqi dəyişiblər


Elçin Sadıqov
Elçin Sadıqov

“Bizə jurnalist Polad Aslanovun işini aparan müstəntiqin dəyişdirilməsi və işin başqa müstəntiqə verilməsi barədə məlumat verilib”, - jurnalistin vəkili Elçin Sadıqov bildirir. O, bunun səbəbini izah etmir.

Vəkil istintaqın gedişini şərh etmir: “Bizdən istintaq sirrini yaymamaq barədə iltizam alıblar. Bu səbəbdən bir söz deyə bilmirik”.

Elçin Sadıqov Polad Aslanovun işini aparan istintaq rəhbərliyinin onu təhdid etdiyini bildirmişdi.

Vəkil bunu jurnalistin təkrar dindirilməsi ilə bağlı vəsatət qaldırdması ilə bağlamışdı. O, bununla bağlı artıq rəsmi qurumlara müraciət etdiyini söyləyir.

Vəkil Polad Aslanovun səhhətində problemlər olduğunu da deyir.

Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi jurnalist fəaliyyəti ilə bağlıdır.

XS
SM
MD
LG