Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Vәkilә qarşı intizam icraatı başlandı


Elçin Sadıqov
Elçin Sadıqov

Vәkillәr Kollegiyasında vәkil Elçin Sadıqov barәsindә intizam icraatı başlanıb.

Bu barәdә AzadlıqRadiosuna vəkil özü məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı iyulun 10-da Vәkillәr Kollegiyasının Rəyasət Heyətinin iclasına dəvət olunub.

“Məlum oldu ki, iyunda Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşı Kəmalə Qasımova barəmdə şikayət yazılıb. Guya mәn onun barəsində sosial şəbəkələrdə və saytlarda əsassız və uydurma məlumatlar yaymışam. Mən ona qarşı nüfuzdan salan ifadə işlətməmişәm”.

Sadıqov intizam icraatının başlanmasının arxasında başqa sәbәb olduğunu düşünür. Onun iddiasına görə, buna səbəb iyulun 9-da Avropa İttifaqının Prezidenti Donald Tusk və Avropa Şurasının İnsan Hüquqları Komissarı Dunja Mijatoviclə görüşü ola bilәr.

Vəkil sözügedən görüşlərdə ölkədə vəkillərin problemlərindən danışdığını bildirir.

Mәsәlә ilә bağlı Vәkillәr Kollegiyasından münasibәt öyrәnmәk hәlәlik mümkün olmayıb.

XS
SM
MD
LG