"Washington Post" qəzeti uyğur türklərinin və başqa müsəlman azlıqların əməyinin Çində istismar olunmasından yazır və bildirir ki, beynəlxalq biznes qurumları bu qrupların əməyi sayəsində ərsəyə gələn məhsulları almaqdan imtina etməlidir.
Qəzet bildirir ki Çinin düşərgələri yüz minlərlə belə insanlarla doludur və ABŞ çox məşhur və nüfuzlu biznes qurumları birbaşa və ya dolayı yolla uyğurların əməyinin istismarından əldə olunan mallardan faydalanırlar. İstismar daha çox Sincan əyalətində baş verir.
Konqresin İcraçı Komissiyasının hesabatına görə, 20 Çin şirkəti və bəzi Qərb şirkətləri uyğurlarının əməyinin birbaşa və ya dolayı istismarından faydalanır.
Qəzet yazır ki, Konqresin İcraçı Komissiyası belə bir qanun layihəsi təqdim edib ki, Sincan əyalətindən ABŞ-a idxal olunan yalnız o məhsullar buraxılacaq ki, onların insan əməyinin istismarı nəticəsində əldə olunmadığına dair dəlil təqdim olunsun.