Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:58

Hollandiyada üç nəfərin ölümündə şübhəli bilinən türk həbs edilib (VIDEO)


Şübhəlinin polis tərəfindən yayılmış fotosu
Şübhəlinin polis tərəfindən yayılmış fotosu

Hollandiyanın Utrext şəhərində tramvayda üç nəfərin ölümü və daha beş nəfərin yaralanması ilə nəticələnmiş insidentin şübhəlisi həbs edilib.

Polis bildirir ki, şübhəli martın 18-də yaxalanıb.

Bu da xəbər verilir ki, 37 yaşlı, Türkiyə doğumlu Gökmen Tanis kimi təqdim edilən silahlı şübhəlinin motivləri naməlum qalır.

Hollandiya antiterror polisi bir binaya hücum etməyə hazırlaşır
Hollandiya antiterror polisi bir binaya hücum etməyə hazırlaşır

Prokuror bildirib ki, hadisənin səbəbi “ailədaxili mübahisə” ola bilərdi.

Bu arada Türkiyənin dövlət xəbər agentliyi şübhəlinin qohumuna istinadən bildirir ki, o həmin tramvayda olan bir qadın qohumuna atəş açıb və bu zaman qadına kömək etməyə çalışan başqaları da güllələnib.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Hollandiyanın Utrext şəhərində tramvayda atəş açılması nəticəsində 3 nəfər öldürülüb.

Bu barədə məlumatı şəhərin meri yayıb.

Cənab Jan van Zanen bunu da bildirib ki, martın 18-də baş vermiş insidentdə daha 9 nəfər yaralanıb.

Hollandiyada törədilən silahlı hücumda azı 3 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

Rəsmilər hadisənin terrorçuluqla bağlı ola biləcəyini istisna etmirlər.

Antiterror polisinin 37 yaşlı Türkiyə doğumlu Gökmen Tanis kimi tanınan şəxsin axtarışını davam etdirdiyi xəbər verirlir.

Polis adamlara bu şəxsə yaxınlaşmamaq barədə xəbərdarlıq verib.

Şəhər boyunca təhlükəsizlik tədbirləri tətbiq olunur. Hava limanları bağlanıb, mühüm ictimai və inzibati binalar bloklanıb, məktəblilər evlərinə buraxılıb.

Hollandiya Antiterrorizm Xidmətinin başçısı Pieter-Jaap Aalbersberg deyib ki, Utrextdə növbəti 18 saat ərzində terror təhlükəsinin səviyyəsi 5-ə qaldırılıb.

Aalbersberg mətbuat konfransında deyib ki, “terror motivi” isitsna edilmir:

"İndiki məqamda çox şeylər məlum deyil və yerli hakimiyyət orqanları bütün faktların toplanması üçün əllərindən gələni edir”.

Antiterror xidmətinin rəhbəri deyib ki, şəhərin bir neçə yerində “atışmalar” olub. Lakin o bundan çox təfərrüat verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG