Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Üç rusiyalı biznesmen Britaniyanın 10 ən varlı adamı arasında


Mikhail Fridman, Alfa Group-un rəhbərləriundən biri , 1 fevral, 2018
Mikhail Fridman, Alfa Group-un rəhbərləriundən biri , 1 fevral, 2018

3 rusiyalı biznesmen 2019-cu ildə Britaniyanın 10 ən varlı sakini siyahısına düşüb.

The Times nəşri Böyük Britaniyanın 1000 ən varlı adamının siyahısını dərc edib.

Hər il dərc edilən siyahıya ilk dəfə Aıfa Group və LetterOne investisiya şirkətinin sahiblərindən biri Mikhail Fridman da düşüb.

The Times-in məlumatına görə, onun 10,9 milyard funt sterlinqi var.

Fridman 2016-cı ildə Londonun şimalında 65 milyon funtluq ev alıb.

Forbes onu Londonun ən varlı adamı elan edib.

8-ci yerdə Alisher Usmanov, 9-cu yerdə isə Roman Abramovic gəlir.

Times-in məlumatına görə, hər ikisinin 11 milyard funt sterliqdən çox pulları var.

Abramovic ötən il Britaniyada uzunmüddətli vizadan məhrum edilsə də bu ölkəyə İsrail pasportu ilə gedib-gəlir.

Siyahıya əslən hindistanlı olan Shiri və Gopi Hinduya (Srichand P. Hinduja, Gopichand P. Hinduja) qardaşları başçılıq edirlər.

Onların 22 milyard funt sterlinqi var.

Qardaşlar müxtəlif sənaye sahələri və maliyyə sektorlarında investisiya ilə məşğuldurlar.

4-cü yerdə isə əslən odessalı Leonard Blavatnik gəlir.

O, 1978-ci ildə keçmiş SSSR-dən emmiqrasiya edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG