Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

'Uşaqpulu mütləq bərpa edilməlidir'-deputat (media icmalı)


Arxiv foto
Arxiv foto

Yeni inkişaf prioritetləri, əhaliyə güzəştli qiymətlə verilən elektikin limitinin artırılması istəyi, uşaqlara aylıq müvinətin verilməsinin bərpası ilə bağlı təkliflər və başqa məsələlər medianın diqqət yetirdiyi mövzualrındandır...

Elektrikin də aşağı tariflə limiti artırıla bilərmi?

“Modern.az” saytı-nda “İşığın limitinin artırılması məsələsinə də baxılacaq” – sərlövhəli yazI oxumaq olar.

Yazıda bildirilir ki, Tarif (qiymət) Şurasının aprelin 30-da qəbul etdiyi qərarla əhali üzrə təbii qazın güzəştli qiymətlə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Qazın hər kubmetrinə görə güzəştli tarif 10, adi qiymət isə 20 qəpikdir. Müəllif bu qərardan sonra əhaliyə aşağı tariflə verilən elektrikin də limitinin qaldırılmasının gündəmə gəldiyini yazır.

Yazıda xatırladılır ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan hissə üçün 7 qəpikdir. Bundan çox olan hissəsdən ötrü isə hər kilovat-saat 11 qəpik müəyyən edilib.

Çingiz Qənizadə, Bakı, 21 dekabr 2010
Çingiz Qənizadə, Bakı, 21 dekabr 2010

Deputat Çingiz Qənizadə deyib ki, elktrikin limitinin qaldırılması Milli Məclisin qərarı ilə həll olunmur:

“Prezidentin son 5-6 ayda gözlənilməz tapşırıqları buna inam yaradır. İşıq və qaz istifadəsində sərf olunan məbləğ ailələrin büdcəsinə təsir edir, düşünürəm ki, işığın limitinin artırılması məsələsi də həll edilsə, yaxşı olar”.

Deputat Fəzail Ağamalı isə hazırda bu məsələ ilə bağlı hər hansı təklif vermək fikiri olmadığını bildirib. Deputat və vtəndaş olaraq limitin artırılması mövqeyində qaldığını deyən F.Ağamalı Tarif Şurasının da öz mövqeyi olduğunu vurğulayır. “ Ola bilsin ki, bu məsələ gələcəkdə daha aktual olsun. Tarif Şurasının son qərarını müsbət dəyərləndirirəm və düşünmürəm ki, məsələnin müzakirəsinə son qoyuldu”, deputat mövqeyini belə ifadə edir.

“İstərdik ki, bu, 18 yaşadək bütün uşaqlara şamil olunsun”

Fazil Mustafa
Fazil Mustafa

“Yeni sabah.az” saytı-nda “Uşaqpulunu mütləq bərpa etməliyik-parlamentdə məsələ qaldırıldı” sərlövhəli yazı yer alır.

Sayt uşaqlara qayğı və dövlət səviyyəsində maddi dəstək göstərilməsilə bağlı deputat Fazil Mustafa-nın fikirlərinə yer verib.

“Uşaq əməyinin istismarı, onların insan alverinin qurbanına çevrilməməsi ilə bağlı ciddi işlər görməliyik”.

“Yeni Sabah” bildirir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.Deputat əlavə edib ki, hər kəsin hökumət qarşısında təkliflərlə çıxış etməsi vacibdir:

“Göstərilir ki, valideynlər inzibati məsuliyyətə cəlb oluna, onlara tənbeh veriliə bilər. Bu, yetərli deyil, bununla uşağın problemi həll olunmur. Bunun yolu odur ki, işlər aparılmalıdır. Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində burada iştirak edən məktəblilərimizlə əməkdaşlığı gücləndirməliyik”.

​F.Mustafa vurğulayıb ki, bu uşaqların böyük əksəriyyəti valideyn himayəsindən məhrum olanlardır:

“Ona görə də ölkədə aliment fondunun bərpası haqqında düşünməliyik. İqtisadçıların hesablamalarına görə bu fondun təşkili üçün 12-13 milyon vəsait lazımdır. Bu həm də o vəsaitdir ki, dövlət özü büdcəsindən alimenti uşaqlara bu fond vasitəsilə ödəyir. Sonradan onu aliment ödəməyən valideyndən məcburi qaydada geri alır”.

Deputat hesab edir ki, uşaqpulunun bərpası da vacib məsələdir:

"Ələbttə, istərdik ki, bu, 18 yaşadək bütün uşaqlara şamil olunsun. Ancaq daha real yanaşma problemin mərhələli şəkildə həll olunmasını tələb edir. 6 yaşadək uşaqların sayı 1 milyon nəfərə çatır, ən azı bu kateqoriyadan olan yoxsul və himayəsiz ailələrin uşaqlarının normal qida, müalicə və geyimlə təmin olunmasına xeyli yardımedici addım olardı”.

Fazil Mustafa hesab edir ki, uşaqpulu mütləq bərpa etməlidir:

“Ümid edirik ki, rəsmi məqamlar bu təklifləri müsbət yöndə dəyərləndirərək lazımi addımlar atacaq”.

Azərbaycanda uşaqlara verilən aylıq müavinətlər 2006-cı ildən sosial müavinətlərin verilməsi ilə dayandırılıb.

“Yeni inkişaf prioritetləri”

“Azərbaycan” qəzeti-ndə isə “İlham Əliyev yeni inkişaf prioritetlərini elan etdi” sərlövhəli yazı dərc edilib.

İlham Əliyev, Mərdəkan -Qala yolunun açılışı, 23 aprel 2019
İlham Əliyev, Mərdəkan -Qala yolunun açılışı, 23 aprel 2019

Müəllif yazıb ki, bir neçə il əvvəl dünya bazarlarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi bir sıra ölkələrin iqtisadiyyatına ciddi təsir göstərib, gəlirləri azalmışdı.Yazıda vurğulandığına görə, hər bir ölkədən ötrü əslində sınaq olan bu hadisə Azərbaycandan da yan ötməmişdi:

“Lakin görülən operativ tədbirlər nəticəsində respublikamızda böhranın fəsadları minimum səviyyəyə endirildi, iqtisadi sabitlik qorunub saxlanıldı və bunların davamı olaraq iqtisadiyyatda yeni inkişaf templəri hiss olunmağa başladı”.

Yazıda qeyd edildiyinə görə, 2016-cı ilin əvvələrindən etibarən Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı məsələlər, mövcud vəziyyət dərindən təhlil edilərək, yeni vəzifələr müəyyənləşdirildi:

“Bu vəzifələr əsasən qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsindən, əlverişli istehsal və biznez mühitinin yaradılmasından, investisiyaların təşviqindən, sahibkarlıq sahəsində bir çox yoxlamaların dayandırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılmasından ibarət idi”.

​Müəllif hesab edir ki, görülən tdbirlər nəticə verməkdədir:

“Artıq 2017-ci ildə iqtisadiyyatda artım templəri müşahidə olundu. 2018-ci ildə ümumi daxili məhsulda 1,4, qeyri-neft sektorunda 1,8, sənaye istehsalında 1,5, kənd təsərrüfatında 4,6 faiz artım qeydə alındı”.

Yazının sonunda da oxuyuruq:

“Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas hədəfi respublikamızı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır. Bunun üçün isə bütün imkanlar, böyük iqtisadi potensial və ən əsası yüksək siyasi iradə var”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG