Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:38

'Ay uşaqlar, pulsuz tamaşa var eyy...'- [Video]


Bakı Uşaq Teatrı paytaxt küçələrində pulsuz tamaşa göstərir
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Bakı Uşaq Teatrı paytaxt küçələrində pulsuz tamaşa göstərir

►Bakı Uşaq Teatrı uşaqları sevindirir

“Bir azdan tamaşamız başlayacaq, qaça-qaça gəlin, tez gəlin...”

Bir neçə dəqiqə sonra başlayacaq tamaşanın anonsunu Bakıda balaca tamaşaçıların, elə böyüklərin də gözünün öyrəşmədiyi küçə səhnəsindən 4 yaşlı Hüseyn verir. Hüseyn də tamaşaçılardandır.

Bakı Uşaq Teatrının tamaşası
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00
Direct-ə keçid

Bakı Uşaq Teatrının qapalı zallardan çıxıb uşaqlara küçədə tamaşa göstərməyi balacaların o qədər ürəyincə olub ki, teartın rəhbəri İntiqam Soltana, aktyorlara tez bir vaxtda əməlli-başlı isinişirlər. Söhbət edir, zarafatlaşırlar. İntiqam Soltan balacalara hansı tamaşaya baxmağı, rolları kimlərin oynayacağı ilə bağlı əməlli-başlı seçim verir:

“Gəlin, hansı rolu hansı aktyor oynayacaq, birlikdə müəyyənləşdirək. Bu, uşaqların sərbəstliyi üçün çox faydalıdır”.

Uşaqlarla tamaşaya baxmağa gələn böyüklər də küçə tamaşasına həvəslə yığışır. Onlar da uşaqlaşıb səhnədə özlərini balacalar qədər sərbəst hiss edirlər.

Bakıda uşaqlar üçün pulsuz tamaşa haqda valideynlərin fikri
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

Buna da bax: Nərmin Kamal. Sadə dildə yazmağın çətinlikləri

"Xalq küçələrə çıxanda psixoloji yükünü daha çox atmış olur"

İntiqam Soltan deyir, bu işə başlamağı çoxdan planlaşdırıbmış, indiyə qismət olub. Küçədə pulsuz tamaşa göstərməyi uşaqların yay tətili bitənə qədər davam etdirmək istəyirlər:

“Bu işi çoxdan həyata keçirmək niyyətindəydim. Bizim xalq meydan tamaşalarına meyllidir. Ancaq təzad ondadır ki, bizdə meydan teatrları yoxdur. Ona görə də əsasını qoymaq istəyirik. Xalq meydanda daha çox maariflənə bilər. Xalq küçələrə çıxanda psixoloji yükünü daha çox atmış olur. Uşaqlarla da meydanda maarifləndirmə işini daha çox aparmaq mümkündür. Bundan ötrü önəmlisi daha çox psixoloji yükü olmayan materiallardan istifadədir. Məişət mövzusuna, xalqa yaxın mövzulara müraciət edəsən. Elə bilirəm ki, bu, davamlı olacaq. Bu, hələ ilkdir. Bir devizimiz var ki, “Bu, hələ harasıdır?”

Uşaqlar böyüklərin siqaret çəkməsini istəmir

Tamaşadan əvvəl və fasilə vaxtı aktyorlar səhnədən uşaqlarla maraqlı söhbətlər edir:

– Kimin atası siqaret çəkmir, əlini qaldırsın.

Bir neçə əl qalxır.

– Kimin atası evdə siqaret çəkmir, o, əlini qaldırsın.

Yenə bir neçə əl.

– Bəs, kim atasının siqaret çəkməsini istəmir?

Bütün uşaqlar birdən “mən, mən” deyir, bütün əllər yuxarı qalxır.

Ya da Azərbaycanın bölgələrinin adlarını öyrənməkdən ötrü uşaqlara “hansı rayonda dincəlmək istərdin” sualı verilir. Hərə bir rayon adı, bilməyənlər isə öz adlarını deyir.

Rəqs, mahnı, viktorinalardan sonra tamaşa başlayır:

“Dərələrdən təpələrdən, mavi-mavi ləpələrdən, boxçalardan, küpələdən, sizə nağıl gətirmişik...”

Buna da bax: Azərbaycan Nağılları Youtube kanalımızda

Baba turp əkdi...

Uşaqların seçdiyi aktyorlar elə uşaqların seçdiyi “Turp” tamaşasını göstərir. Sonra yenə oynamaq, əylənmək başlayır. Düz iki saat davam edir. Valideynlər deyir ki, küçədə tamaşaya baxmaq uşaqlara da, onlara da müsbət təsir edir:

– Çox yaxşı idi. Qızım qaraqabaq uşaqdır. Ancaq gördüm ki, o, burda necə açılışdı.

– Deyirlər, hələ davam edəcək. Nə yaxşı... O qədər istirahətə gedə bilməyən uşaq var ki. Heç olmasa, gəlib burda əylənər.

– Bu teatr uşaqları unutmayıb, çox sağ olsun, uşaqlar üçün də, elə bizim üçün də faydalı oldu.

Tamaşaçılardan biri, Fərman Əliyev deyir ki, imkansızlıq üzündən o, neçə vaxt idi 5 yaşlı oğlunu uşaq teatrına apara bilmirdi. Küçədə pulsuz tamaşaya baxmaq, həm də bütün yay boyu baxmaq imkanı onu da, övladını da xeyli sevindirib.

Bakı Uşaq Teatrının həftəsonu tamaşaları sentyabrın 15-ə, məktəblərdə dərslər başlayana qədər davam edəcək.

Bakı Uşaq Teatrı. Uşaqlarla əl-ələ
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

At və eşşəyin nağılı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG