Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Uşaq evinin rəhbəri zorlamada... suçlanır [video]


Arxiv fotosu
Arxiv fotosu

Fərqanə vilayətində hüquq mühafizə orqanları Margilan şəhərində yerləşən 1 nömrəli mərhəmət evinə cinayət işi açıblar.

Mərhəmət evinin rəhbərliyi hökumət və beynəlxalq təşkilatlar tərəfindən ayrılmış vəsaitin oğurlanmasında ittiham edilir. Bundan başqa, rəhbərlik mərhəmət evinin şagirdlərinə qarşı cinsi və fiziki zorakılıqda suçlanır.

AzadlıqRadiosu-nun özbək xidməti ölkədəki mənbələrinə istinadən 1 saylı uşaq evinin gözətçisinin və direktor Kahramon Oripov-un həbs edildiyini yazır. Oripov-un iki müavini, baş mühasib və 10 tərbiyəçi də işdən çıxarılıb. Onların da barəsində cinayət işləri açılıb.

Buna da bax: Yeni direktor gələn kimi qarderobçu qızı işdən azad etdi

BİR NEÇƏ MİLYON SOM MƏNİMSƏNİB

Özbək xidmətinin Fərqanə vilayətinin hüquq mühafizə orqanlarında çalışan mənbələrindən biri deyib ki, mərhəmət evinin direktoru öz qohumlarını və dostlarını işə götürüb, sonra da onlarla birlikdə dövlət və xarici təşkilatların ayırdığı bir neçə milyon som məbləğində vəsaiti talayıb.

"Margilan şəhərində yerləşən 1 saylı mərhəmət evinin bir neçə rəhbər əməkdaşı barəsində Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 167 ("mənimsəmə və ya talama yolu ilə oğurlama") və 205-ci ("hakimiyyətdən və ya vəzifə səlahiyyətlərindən sui-istifadə") maddələri üzrə cinayət işləri qaldırılıb", – deyə Fərqanə hüquq mühafizə orqanlarının əməkdaşı anonimlik şərtilə bildirib.

Buna da bax: Özbəkistanda uşaq bağçaları gecələr pritona çevrilirmiş

O, həmçinin bildirib ki, hazırda müstəntiqlər uşaq evinin qız şagirdlərinin fahişəliyə məcbur edilməsi ilə bağlı məlumatları yoxlamaqla məşğuldur.

"Mərhəmət evinin rəhbərliyi buranı fahişəxanaya çevirib. Bundan başqa, onlar yetim uşaqlara ayrılmış milyonlarla somu israf ediblər. Bu işin araşdırılması ilə prokurorluq məşğul olur", - deyə hüquq mühafizə orqanlarında çalışan həmin əməkdaş bildirib.

“DURUMU DÜZƏLTMƏYƏ ÇALIŞIRIQ”

Hazırda müstəntiqlər uşaq evində şagirdlərlə söhbət aparırlar. Bəzi yeniyetmə qızları isə ginekoloqun yanına müayinəyə göndərirlər. Mənbənin sözlərinə görə, uşaq evinin gözətçisi hazırda istintaq təcridxanasında saxlanır. Müstəntiqlər hesab edirlər ki, o, direktorun tapşırığı ilə kənar şəxsləri uşaq evinin ərazisinə buraxıb.

Buna da bax: Özbəkistanda 'uşaq bağçalarında fahişəlik' olayının davamı

Margilan şəhər prokurorluğu 1 saylı mərhəmət evində yoxlamaların aparıldığını və müəssisənin bir neçə əməkdaşı barəsində cinayət işlərinin açıldığını təsdiqləyib.

Margilan şəhər xalq təhsili şöbəsinin bir əməkdaşı isə uşaq evinə yeni direktor və tərbiyəçilərin təyin edildiyini bildirib.

"Hazırda biz uşaq evindəki durumu düzəltməyə çalışırıq. Yeni direktor təyin edilib, işə yeni tərbiyəçilər götürülüb. Hazırda mərhəmət evində vəziyyət tam nəzarətimizdədir", – deyə həmin məmur bildirib.

Mərhəmət evi

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG