Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:14

Uşaq oğurluğunda təqsirli bilinən həbsdə qaldı


Adam oğurluğu
Adam oğurluğu

Bir müddət əvvəl Bakının Ramana qəsəbəsində, «Şuşa şəhərciyi» adlanan yerdə səkkizyaşlı oğlan uşağı yoxa çıxmışdı. Uşağı buraxmaq üçün atasından 30 min pul tələb olunurdu. Əks halda, onun orqanlarını çıxarıb satmaqla hədələyirdilər.

Ailə hüquq-mühafizə orqanlarına xəbər verəcəyi halda, uşağın ölümüylə hədələnsə də, ata Elnur Ramazanlı Sabunçu rayonu, 12-ci polis bölməsinə müraciət edib. Bundan az sonra əməliyyat keçirilib və Elnur Məmmədov ona vəd edilən pulu qoyulduğu yerdən götürəndə həbs olunub.

Səkkizyaşlı Hüseyn elə «Şuşa şəhərciyi»ndən tapılıb. Məlum olub ki, uşaq şəhərcikdəki ikimərtəbəli yarımçıq tikilidə saxlanılırmış. O, həmin yerdə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə (skoç) bağlı vəziyyətdə tapılıb.

Elnur Ramazanlı deyir ki, övladının buraxılması üçün ondan pul tələb edən şəxs telefonda özünü İŞİD («İslam Dövləti» silahlı qruplaşması) üzvü kimi təqdim edib.

FUTBOLA MARAĞI OLUB-OLMADIĞINI SORUŞUB

Amma uşağı oğurlamaqda təqsirləndirilən Elnur Məmmədov İŞİD üzvü olmadığını deyib. Bildirib ki, ümumiyyətlə, bu cür birliklərlə heç bir əlaqəsi yoxdur. Dediyinə görə, adam oğurluğunu İŞİD-lə bağlı materiallar yayan saytlardan, Türkiyə telekanallarında yayımlanan «Arka sokaklar» serialından baxıb öyrənib.

Elnur Məmmədovun borcu olub və onu qaytarmaq üçün uşağı oğurlayıb atasından pul almaq istəyirmiş.

Səkkizyaşlı Hüseyn necə oğurlanması haqda danışarkən deyib ki, evlərinin qarşısında yolda oynayırmış. Həmin vaxt bir nəfər ona yaxınlaşıb, futbola marağı olub-olmadığını soruşub. O da futbolu sevdiyini deyib:

«Məni özü ilə apardı. Bir az gedəndən sonra məndən atamın nömrəsini aldı. Telefonla danışandan sonra mənə dedi ki, atandan icazə almışam, mənimlə gedək. Məni tanımadığım evə apardı, ora çatanda dedi ki, içəri top düşüb, onu götür. Mən topu götürməyə əyildim, ancaq onun göstərdiyi yerdə top yox idi. Sonra dedi ki, gözlərini yum, ağzını aç. Bir də gördüm, ağzımı «skoç»ladı, sonra da gözümü bağladı».

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədova 11 il həbs cəzası verilib. Məmmədov hökmdən narazı qalıb və apellyasiya şikayəti verib. Oktyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi hökmün qüvvədə saxlanması haqda qərarı elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG