Keçid linkləri

2026, 01 İyun, bazar ertəsi, Bakı vaxtı 22:24

1 iyun statistikası: Birinci sinif şagirdləri azalır

Beşəm dünyaya gətirən ana: çoxuşaqlı sayılmır, cəmi 63 manat yardım alır
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Beşəm dünyaya gətirən ana: çoxuşaqlı sayılmır, cəmi 63 manat yardım alır (Arxiv)

Hazırda Azərbaycanın ümumtəhsil məktəblərinin birinci siniflərində 131 min 407 şagird təhsil alır. Bu barədə bu gün, iyunun 1-də AZƏRTAC-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Əlavə edilib ki, hazırda ölkədə 107 min 524 uşaq bağça və məktəbəqədər hazırlıq qruplarına gedir.

Son illər Azərbaycanda doğuşun kəskin azalması ilə bağlı birinci sinfə gedən uşaqların sayında da ciddi azalma müşahidə edilir. Rəsmi qurumlar səkkiz il əvvəl, 2018-ci ildə bildirmişdi ki, həmin il orta məktəblərin birinci sinfinə 165 mindən çox uşaq yollanıb.

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hazırda Azərbaycan cəmiyyətində ən çox müzakirə edilən mövzulardan biri də uşaqlara aylıq müavinətin verilməsidir. 2006-cı ildən Azərbaycanda Ünvanlı Sosial Yardım sisteminin tətbiqi ilə bağlı uşaqlara aylıq müavinətin verilməsi dayandırılıb.

Cəmiyyətin bəzi tanınan simaları hesab edirlər ki, uşaqlara aylıq müavinətin verilməsi maddi çətinlik içində olan ailələrdə uşaqlarla bağlı qayğıların yoluna qoyulmasına kömək ola bilər. Onlar inkişaf etmiş bir çox ölkədə uşaqlara aylıq müavinətlərin verildiyini bildirsələr də, rəsmi qurumlar hələlik bu yanaşmanı dəstəkləmir.

Deputat: 'Uşaqpulu tənbəllik yaradar' | Ata: 'Bunun üçün hər uşağa 2 min manat verilməlidir'
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00


XS
SM
MD
LG