Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 04:57

Məşhur yamaykalı sprinter Usain Boltun Londondakı dünya çempionatında son qaçışı da uğursuz olub.

"4 dəfə 100 metr" estafetinin finalında o, qəfildən axsamağa başlayıb və yerə yıxılıb.

Xəsarət aldığı deyilən idmançı stadiondan xərəkdə çıxarılıb.

Birinci yeri Britaniya, ikinci yeri ABŞ, üçüncü yeri isə Yaponiya tutub.

Bolt bundan əvvəl 100 metrə qaçışı da uduzmuşdu. Bürünc medal qazana bilmişdi.

11 dəfə dünya, 8 dəfə olimpiya çempionu olmuş Bolt Londondakı çempionatdan sonra karyerasını bitirəcəyini deyib.

Buna da bax: Ramil Quliyev dünya çempionu oldu

Günün bütün mövzuları

XS
SM
MD
LG