Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:52

USAID: Azərbaycan kənd təsərrüfatına təhlükə var


 USAID loqo
USAID loqo

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi (AgroCenter) ilə birgə Azərbaycan hökumətini və özəl sektoru kənd təsərrüfatına ciddi təhlükə ilə bağlı xəbərdar edib.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir. Məlumata görə, USAID və Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi bununla bağlı dinləmələr keçirib.

Məlumatda qeyd edilir ki, qəhvəyi qalxanlı zərərli bağacıqlar 200-dən çox çeşiddə meyvə və tərəvəzlə qidalanan bir zərərverici böcəkdir.

USAID 2017-ci ildə təhlükəni izləmək məqsədilə fəaliyyətə keçərək 2018-ci ildə monitorinq işlərinin genişləndirilməsini planlaşdırır. USAID, AgroCenter təşkilatı ilə birgə Azərbaycanda bu zərərvericinin hücum edə biləcəyi bütün sahələri əhatələyən izlənmə planı hazırlayıb.

Şərqi Asiyaya məxsus bu böcək Cənubi Qafqaz regionunda yeni zərərvericicidir və təkcə 2017-ci ildə Gürcüstanda 100 milyon dollarlıq meyvə və fındığı məhv etdiyi qeyd edilir

Gündə 100 km-dən yuxarı məsafəyə avtomobil və yük maşınlarında səyahət edə bildiyindən bu böcək uzun məsafələri asanlıqla qət etməklə Gürcüstan ərazisində sürətlə yayılıb. Onların son zamanlar Şəmkirdə də aşkar edildiyi bildirilir.
Məlumatda həmçinin vurğulanır ki, zərərli bağacıq Azərbaycanda da Gürcüstanda olduğu kimi eyni sürətlə yayılarsa bu təhlükəni aradan qaldırmaqdan ötrü dövlət və özəl sektorun təcili olaraq birgə işləməsinə ehtiyac yaranacaq.

“USAID və AgroCenter bu təhlükə barədə məlumatların artırılmasını davam etdirəcək. Azərbaycan hökuməti ilə birgə bu zərərvericilərin kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən meyvə və fındıqlara hücum etməsinə qarşı fəaliyyət planının işlənib hazırlanmasına hazırdır”, məlumatda yazılır.

XS
SM
MD
LG