Bu günlər Bakida Amerika Birləşmiş Ştatları Hava Qüvvələrin yaradılmasının 71-ci ildönümü qeyd edilib.
Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyinin sentyabrın 20-də yaydığı məlumatda bildirilir.
Səfirliyin Hərbi Attaşesi polkovnik Adam Kavlik bu tarixi günlə bağlı təşkil olunan ziyafətdə ABŞ-Azərbaycan hərbi əməkdaşlığı barədə çıxış edib.
“Azərbaycanla Əfqanıstanda birgə keçirdiyimiz fəaliyyət, qlobal terroçuluqla mübarizə və regional təhlükəsizliyin təminatı kimi sahələrdə mühüm əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”, o, bildirib.
Azərbaycanın NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 120 hərbçisi var.
Xatırlatma
ABŞ Hava Qüvvələri (USAF) Amerikanın 7 qoşun növündən biridir.
USAF Milli Təhlükəsizlik Aktı ilə 1947-ci il sentyabrın 18-də yaradılıb. USAF ən böyük və dünyanın ən texnoloji inkişaf etmiş hava qüvvəsi sayılır.