Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 14:54

Xəbər başlıqlarına fikir verməyin: 2015 əslində yaxşı il olub


►CNN-ə görə, nikbinliyə əsas verən 7 beynəlxalq olay

Xəbərlərə çox baxırsınızsa, böyük ehtimalla 2015-in müharibələr, qaçqınlar, terrorla dolu bir il olduğunu düşünürsiniz.

Ancaq xəbər başlıqlarından bir qədər kənara çəkiləndə bu ilin yüz milyonlarla insan üçün yaxşı xəbərlərlə dolu olduğunu görürük.

CNN ilin başa çatması ərəfəsində nikbinliyə əsas verən yeddi səbəb təqdim edir:

Birinci səbəb kimi neft qiymətlərinin düşməsi göstərilir. Qeyd edilir ki, bir barrel neftin dəyəri 2009-c ilin maliyyə böhranı vaxtındakı səviyyəyə enib. İrana qarşı sanksiyaların ləğv ediləcəyi təqdirdə qiymətlərin daha da enəcəyi barədə söhbətlər gəzir.

Myanmarlı Nobel Sülh Mükafatı laureatı, 18 ilini ev dustaqlığında keçirmiş Aung San Suu Kyinin prezident olması qadağan edilsə də, hərbçilər parlamentdə yerlərin dörddə birini özlərinə saxlasalar da, onun Milli Demokratiya Liqası parlamentdə o qədər yer qazanıb ki, onun qərar verməyə təsiri qaçılmaz olacaq.

Buna da bax: Kadırov onu WhatsApp-da "biabır edən" qadını danlayır- [Video]

Dünya iqlim dəyişikliyi ilə mübarizə aparmaq barədə razılığa gəlib. Paris müqaviləsi ilə bağlı bilməli olduğumuz əsas şeylərdən bəziləri bunlardır: Onu bütün ölkələr imzalayıb. Müavilənin şərtlərinin icrası məcburidir. Onu dəstəkləyənlər onu “tükənən yanacaq növləri erasının sonu” adlandırırlar.

İqlim dəyişikliyi ilə mübarizə sazişi imzalandı
İqlim dəyişikliyi ilə mübarizə sazişi imzalandı

ABŞ homoseksualların hüquqlarının tanınması yönündə nəzərəçarpan sürətlə irəliləyib. Ölkənin gənc əhalisinin əksər hissəsi bildirib ki, eynicinsli cütlüklərin evlənməsinə icazə verilməlidir. Ölkənin ali məhkəməsi isə bununla razılaşıb. Okeanın o biri tayında İrlandiya da eynicinsli nikahların leqallaşdırılmasına səs verib.

BMT-nin builki hesabatlarında qeyd edilir ki, dünyada gündə 1,25 dollardan az pulla yaşayan ifrat yoxsulların sayı 1999-cu ildə 1,75 milyard idisə bu gün 836 milyondur.

Bu yerdə BMT-nin 2000-ci ildə qəbul etdiyi Minilliyin İnkişaf Məqsədləri yada düşür. O zaman dünya liderləri qarşılarına yaxın 15 il ərzində “ifrat yoxsulluğa son qoymaq” məqsədini qoymuşdular.

Daha bir səbəb İnternet və telefona çıxışın sürətlə artmasıdır. Bu həm də Minilliyin İnkişaf Məqsədlərindən biri idi. Hazırda əsrin başlanğıcında olandan 10 dəfə çox adamın mobil telefonu var. İnternetin yayılması isə 6%-dən 43%-ə qədər artıb.

CNN-in göstərdiyi sonuncu səbəb yeni Ulduz Müharibələri filminin çıxmasıdır...

XS
SM
MD
LG