Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Belarus yallısı, qırğız papağı, erməni yazısı UNESCO-nun siyahısında


Qırğızların milli papağı Ak-Kalpak
Qırğızların milli papağı Ak-Kalpak

BMT-nin təhsil, elm və mədəniyyət agentliyi UNESCO dekabrın 12-də özünün “dünya mədəni irsi” siyahısını bir az da zənginləşdirib.

Təşkilatın qeyri-maddi irsin qorunması üzrə komitəsinin 14-cü hökumətlərarası sessiyasında sözü gedən siyahıya BMT-nin gələcək nəsillər üçün qorunub saxlanmasını mühüm saydığı bir sıra mədəni irs nümunələri daxil edilib.

Bu siyahıya salınmış mədəni irs nümunələri dərhal dövlət səviyyəsində himayəyə götürülür.

Bu il bu siyahıya Yuri yallısı da daxil edilib. Hazırda bu qədim rəqs Belarusun yalnız bir neçə kəndində ifa edilir.

Onu adətən yazda ev heyvanlarının və kənd təsərrüfatının hamisi sayılan müqəddəs Yurinin günündə ifa edirlər.

Həmin gün qışdan sonra ilk dəfə olaraq malqara örüşə çıxarılır.

Yuri yallısı
Yuri yallısı

Bu il siyahıya keçmiş sovet respublikalarının bəzi başqa mədəni irs nümunələri də daxil edilib.

Bunlardan biri də Özbəkistanın Xarəzm vilayətinin “lyazgi” rəqsidir. Bu rəqsi ifa edənlər yarıqatlanmış pəncələrinin üstündə hərəkət edir, çiyinlərinin və əllərinin hərəkəti ilə onlara bərkidilmiş zınqırövları cingildədirlər.

Xəbər verilir ki, “özbək xalqının qədim və təkrarsız incəsənət nümunəsi” olan bu rəqs UNESCO-nun mədəni irs siyahısına prezident Shavkat Mirziyoevin təqdimatı ilə daxil edilib.

Özbəkistanda çox populyar olan bu rəqsi keçmiş prezident Islam Karimov da ifa edibmiş.

Siyahıya türkmən xalçaçılığı, qırğızların milli papağı Ak-Kalpak və qədim erməni yazısı da daxil edilib.

"Siyasi" türkmən xalçası nümunəsi
"Siyasi" türkmən xalçası nümunəsi

Ukraynadan bu siyahıya Kosov keramikası salınıb.

Kosov Ukraynanın qərbindəki İvano-Frankovsk vilayətində kiçik şəhərdir. Şəhərin sakinləri Ukraynanın etnik qruplarından birinə daxil olan qutsullardır. Bu sənəti də elə onlar yaşadırlar.

Buranın yerli keramikası sarı, yaşıl, qonur rəngli nəbati naxışları ilə fərqlənir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG