Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:27

68 il öncə


Foto: arxiv

68 il öncə, 1948-ci ili dekbarın 10-da BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edilib.

Həmin vaxtdan dekabrın 10-u İnsan hüquqları günü elan edilib.

Bu sənəd hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir.

Əvvəlki beynəlxalq bəyannamə və sazişlərin əksəriyyəti hüquqları yalnız milli qanunvericiliklə irəli sürüldüyü halda tanıyırdı. İlk olaraq,Ümumdünya İnsan Hüquqları Günü 58 coğrafi, mədəni və siyasi cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi.

Sənəd 1947-ci ilin yanvarı ilə 1948-ci ilin dekabrı arasında hazırlanıb. Sənəd mədəni, sosial, iqtisadi sahədəki hüquqlardan tutmuş mülki və siyasi hüquqlara qədər müxtəlif sahələrdəki insan hüquqlarını əhatə edir.

Bəyannamə hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. İlk iki maddə bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləyir.

İnsan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir. Ümümbəşərilik o deməkdir ki, bu hüquqlar hər kəsə şamil olunur və fərdin heç bir hərəkəti və heç bir səbəblə ondan alına bilməz.

XS
SM
MD
LG