Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:25

Bakıda uşaqlarda sifilis xəstəliyi tapıldı


-

Biri qız, üçü oğlan olmaqla 8-11 yaşlı dörd azyaşlıda cinsi yolla keçən sifilis xəstəliyi aşkarlanıb.

Bu haqda ANSPRESS-ə “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimli bilgi verib.

Nigar Mənsimlinin deməsinə görə, Bakı küçələrindən toplanan həmin uşaqlar “Ümid yeri” sığınacağında yerləşdirilərək müalicə olunublar.

N.Mənsimli deyib ki, uzun müddət küçə həyatı yaşayan həmin azyaşlılar müxtəlif yerlərdəki yiyəsiz və xaraba tikililərdə gecələyirmişlər:

“Küçə həyatı yaşayan bu uşaqlar döyülüblər, fiziki, mənəvi, cinsi zorakılığa məruz qalıblar. Araşdırmalar zamanı məlum oldu ki, həmin uşaqları onlardan yaşca böyük olan avara yeniyetmə gündüzlər dilənməyə, gecələrsə cinsi istismara məruz qoyublar” - deyə N.Mənsimli bildirib.

Buna da bax: Sürücü: İqtisadi böhrandan sonra az qala hamı taksi sürür

Sürücü: İqtisadi böhrandan sonra az qala hamı taksi sürür
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

​_____________________________________________________________

Televiziya xəbərlərimizə Türksatda bax (Ətraflı)
"Azadlıq A-Live" verilişi həftənin II – V günləri saat 21:00-da yayınlanır. Bu, İnternet TV deyil, əsl televiziyadır!

_____________________________________________________________

XS
SM
MD
LG