Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 21:21

Ukraynalı fəal Rusiyanın müraciətilə Polşada saxlanıb


UKRAINE – One of the UNA-UNSO leaders Ihor Mazur (Topolya call sign). Kyiv, October 22, 2015

Polşa Rusiyanın sorğusu ilə ukraynalı fəal, Ali Radanın İnsan Hüquqları katibliyinin əməkdaşı İhor Mazuru saxlayıb. Bu barədə noyabrın 9-da Ukrayna rəsmisi məlumat verib.

Rusiya Donbasda hərbi əməliyyatlarda iştirak etmiş Ukraynalı fəalı 1990-ci illlərdə Çeçenistanda gedən hərbi əməliyyatlarda separatçıların tərəfində döyüşməkdə sübhəli sayır. Ukraynanın daxili işlər naziri Arsen Avakov bunu "Kremlin xeyrinə düzüb-qoşulmuş" iş adlandırıb və Polşa hakimiyyətini bu işi tez bir zamanda obyektiv araşdırmağa çağırıb. Bundan əvvəl iki Ukrayna vətəndaşı Nikolay Karpyuk və Stanislav Klıx da eyni ittihamla Rusiyada həbsdə olublar. Amma onlar ittihamları qəbul etməyiblər və bu ilin sentyabrında "35 + 35-ə" prinsipi ilə Rusiya ilə Ukrayna arasında arparılan məhbus mübadiləsində azad olunublar.

Mazur Ukrayna ilə Polşa arasındakı sərhəd keçid məntəqəsində saxlanılıb. Onun adının İnterpolun bazasında olduğu iddia edilir. Ukraynanın insan hüquqları üzrə ombudsmanı Lyudmila Denisova İhor Mazurla şənbə günü Ukrayna konsulunun görüşdüyünü deyib. Ukraynalı fəalla bağlı bazar ertəsi Polşada məhkəmə prosesinin keçiriləcəyi gözlənilir.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG