Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Sorgu: Ukraynalıların 70 faizi Rusiyanı düşmən ölkə sayır


Kiyevdə anti-Rusiya aksiyalarından birində
Kiyevdə anti-Rusiya aksiyalarından birində

Ukrayna sakinlərinin 70, 5 faizi Rusiyanın onların ölkəsinə düşmən mövqe tutduğunu hesab edir.

Bunun əksini düşünənlər yalnız 6 faizdir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Kiyevdəki Sotsis sosial və marketinq araşdırmaları mərkəzinin keçirdiyi rəy sorğusu belə nəticə göstərib.

Eyni rəy sorğusuna görə ukraynalıların fikrincə onların vətəninə ən dost ölkələr Polşa, ABŞ və Almaniyadır.

Bu sorğuda dördüncü yeri Ukraynanın qonşusu Belarus tutub.

Bu da xəbər verilir ki, 18 yaşından yuxarı 2000 ukraynalı arasında sorğu yanvarın 20-27-də, ilhaq edilmiş Krımı və hökumətin nəzarətində olmayan Donbası çıxmaqla bütün regionlarda keçirilib.

Bundan üç il əvvəl Rusiyada Levada ictimai rəyi öyrənmə mərkəzinin keçirdiyi sorğu göstərmişdi ki, rusiyalıların 41 faizi hesab edir ki, Moskva Ukrayna böhranında separatçıların Donetsk və Luqansk xalq respublikalarını dəstəkləməlidir.

6 faizin fikrincə, Rusiya Ukraynanı dəstəkləməlidir. 37 faizsə düşünürdü ki, Moskva bu münaqişədə tərəf tutmamalıdır.

Bu da xəbər verilirdi ki, “Levada” bu sorğunu Kiyev beynəlxalq sosiologiya institutu ilə birgə keçirib, rusiyalı və ukraynalıların bir-birinə münasibəti öyrənilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG