Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Ukraynalı məmurların bir ilə varlanması


Dollar və qrivna
Dollar və qrivna

Ukraynalı məmurlar yeni elektron gəlir bəyannamələrini açıqlayıblar. Ölkə prezidenti Petro Poroshenko kommunal xidmətlərə 800 min qrivnadan (30 min 760 dollar) çox pul xərcləyib. Baş nazir Volodymyr Hroysman və ailəsinin aktivləri 16 milyon qrivna (615 min 200 dollar) artıb. Milli Bankın rəhbəri Yakov Smoliy və həyat yoldaşınınsa əmanət hesablarında 122 milyon qrivna (4 milyon 700 min dollar) var.

Ukraynanın «GORDON» internet nəşrinin əməkdaşları ukraynalı məmurların varidatının ötən il ərzində necə dəyişdiyini təhlil ediblər.

Prezident

2016 və 2017-ci illərin gəlir bəyannamələrində Ukrayna prezidentinin gəlirlərinin 476.7 min dollardan 650 min dollara qalxdığını görmək olar. Gəlirlərin əsas mənbəyi «Beynəlxalq investisiya bankı»na qoyulmuş yatırımlardır. 2017-ci ildə bu yatırımlar dövlət başçısına 15.7 milyon qrivnadan (603.6 min dollar) artıq gəlir gətirib.

Bir il ərzində Poroshenko ailəsinin maliyyə aktivləri azalıb və hazırda 822.2 milyon qrivna (31.6 milyon dollar) təşkil edir. Bu aktivlərin xeyli hissəsini Poroshenko-nun yuxarıda qeyd edilən 25.4 milyon dollarlıq yatırımı təşkil edir. 2016-cı ilin bəyannaməsində bu yatırımın həcmi indikindən 430 min dollar artıq olub.

V.Hroysman
V.Hroysman

Baş nazir

Son iki ilin gəlir bəyannamələrinə əsasən, Ukrayna hökumətinin başçısı və ailəsinin gəliri 119.2 min dollar artıb və hazırda ildə 784.3 min dollar təşkil edir. Gəlirin əsas mənbəyi isə, əsasən, əmlakın icarəyə verilməsi və satışıdır.

Hroysman ailəsinin maliyyə aktivləri bir il ərzində 2.6 milyon dollardan 3.2 milyon dollara qalxıb. Bu aktivlər fərqli valyutalar və fərqli əmanət hesabları arasında bölüşdürülüb.

Spiker

2016 və 2017-ci illərin gəlir bəyannamələrinə əsasən, Ukrayna Ali Radasının spikeri Andriy Parubiy-in ailəsi illik gəlirini iki dəfəyə qədər artırıb. İndi ailənin illik gəliri 38.5 min dollar təşkil edir. Maliyyə aktivləri isə 140 min qrivna (5 min 400 dollar) artıb. Bəyannamələrdə ailənin öz əmanətlərini (30.6 min dollar) nağd şəkildə saxladığı göstərilib.

Ötən ilin dekabrında Ali Rada sədri Lvovda sahəsi 92.1 kvadratmetr olan mənzil alıb. Parubiy-in valideynlərinə məxsus, Lvovdakı 142.6 kvadrat metrlik digər mənzilsə artıq bəyannamədə göstərilməyib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi

Ukrayna MTMŞ-nın katibi Oleksandr Turchynov-un gəlir bəyannaməsi öz qısalığı ilə diqqəti cəlb edir.

Ailənin illik gəliri 6 min 800 dollar artaraq 107 min dollara çatıb. Hazırda maliyyə aktivləri 1.82 milyon dollar təşkil edir. Turchynov bu məbləğin yarıya qədərini dollar, qrivna və avroda nağd şəkildə saxlayır. Turchynov-un «Oshadbank»a yatırdığı vəsait 964 min dollar təşkil edir.

Y.Lutsenko
Y.Lutsenko

Baş prokuror

2017-ci ildə Yuriy Lutsenko və ailəsinin illik gəliri 218.7 min dollar təşkil edib. Gəlirin əsas mənbəyi daşınan əmlakın satılması (69.2 min dollar), baş prokurorun maaşı (50 min dollar) və daşınmaz əmlakın xarici vətəndaşa kirayəyə verilməsidir (27.9 min dollar). Ailənin maliyyə aktivləri 9.8 min dollar azalıb.

Prezident Administrasiyasının rəhbəri

Prezident administrasiyasının rəhbəri Ihor Raynin-in ailəsinin illik gəliri 28.2 min dollara qədər artıb. Artımın əsas mənbəyi onun məvacibidir (20.65 min dollar).

Raynin və ailəsinin maliyyə aktivləri 77 min dollara qədər artıb. Ailə demək olar ki, bütün bu məbləği nağd şəkildə saxlayır. Ailəyə məxsus yeganə bank hesabında qrivnada cəmi 25.3 min dollar vəsait var.

Raynin-in bəyannaməsində nə avtomobillər, nə də torpaq sahələri göstərilib. Onun adına Xarkovda 74, həyat yoldaşınınsa adına 64.8 kvadrat metrlik mənzil var.

Prezident administrasiyasının rəhbəri Kiyevdə «Natsionalnıy» otel kompleksində 25.8 kvadratmetrlik nömrədə qalır. Raynin ötən il bu otağın kirayəsinə 167 min qrivna (6 min 420 dollar) xərclədiyini göstərib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG