Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Zelenski Ukrayna prezidenti seçilir (Video)


Qələbəsini elan edən Zelenski seçicilərə: 'Peşman olmayacaqsız'
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Qələbəsini elan edən Zelenski seçicilərə: 'Peşman olmayacaqsız'

Şoumen Volodimir Zelenskiy Ukraynada prezident seçkilərinin ikinci turunda qalib gəlir.

Zelenskiy rəqibi, hazırkı prezident Petro Poroşenkoya onu qələbə münasibətilə təbrik etdiyi üçün təşəkkür edib.

Mərkəzi Seçki Komissiyası səsləri saymaqdadır və ilkin nəticələr Milli Exit Poll-un nəticələri ilə üst-üstə düşür.

Zelenski rəqibindən təxminən 3 dəfə artıq səs toplayır.

***

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili exit-poll-un nəticələri Zelenskinin qələbə qazanacağını göstərən kimi bildirib ki, Ukraynaya qayıtmasına qoyulan qadağanın götürülməsi üçün müraciət edib.

Onu seçkini uduzan hazırkı prezident Poroşenkonun hakimiyyəti zorla ölkədən çıxarmışdı.

Saakaşvili Ukraynaya qayıtmağa hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:14:08 0:00

***

Ekzitpolun nəticələri göstərir ki, Ukraynada keçirilən prezident seçkisində Vladimir Zelenski rəqibi, indiki prezident Petro Poroshenkonu xeyli geridə qoyur.

Zelenskinin 73 faiz, Poroshenkonun isə 25 faizdən bir qədər artıq səs topladığı görünür.

Seçkinin yekun nəticələri hələ ki, elan edilməyib.

--

Ukrayna polisi bildirir ki, prezidentliyə namizəd Vladimir Zelenski seçki qanununu pozduğuna görə ona cərimə yazıblar.

Polisin məlumatına görə Zelenski səs verdiyi seçki bülletenini jurnalistlərə göstərib.

MSK-nın məlumatına görə, yerli vaxtla saat 15-dək seçkidə 45 faiz seçici iştirak edib.

Bu demək olar ki, sekinin birinci mərhələsindəki göstərici ilə eynidir.

ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviç özünün Tvitter səhifəsində yazıb ki, seçkinin Ukrayna xalqının iradəsini əks etdirəcəyini gözləyirlər.

--

Ukraynada prezidentliyə digər namizəd Petro Poroshenkonun da artıq səs verdiyi bildirilir.

Poroshenko Zabitlər evindəki seçki məntəqəsində səs verdikdən sonra deyib ki, kimin qalib gələcəyi vacib deyil, vacib xalq və dövlətin davam etdirəcəyi strategiya və yoldur.

Prezidentliyə namizəd Petro Poroshenko səs verir, 21 aprel, 2019, Kiyev
Prezidentliyə namizəd Petro Poroshenko səs verir, 21 aprel, 2019, Kiyev

MSK-nın məlumatına görə yerli vaxtla saat 13-dək səsvermədə 18 faiz seçici iştirak edib.

--

Aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci mərhələsi keçirilir.

Prezidentlik uğrunda indiki prezident Petro Poroshenko və şoumen Vladimir Zelenski mübarizə aparırlar.

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün axşam saatlarında ilkin nəticələri açıqlamalıdır.

Azadlıq Radiosu Ukrayna xidmətinin məlumatına görə artıq Vladimir Zelenski səs verib.

Namizəd Vladimir Zelenski səs verir. 21 aprel, 2019
Namizəd Vladimir Zelenski səs verir. 21 aprel, 2019

Təxminən 30 milyon adamın səsvermə hüququ var.

MSK-nın məlumatına görə Rusiyanın ilhaq elədiyi Krım yarımadasında, Donetsk vilayətindəki 21 seçki dairəsindən 12-də və Luqansk vilayətindəki 11 dairədən 6-da seçki keçirilmir.

Namizədlər iki gün öncə-aprelin 19-da Kiyevdəki Olimpiya stadionunda son debatlarını keçirdilər.

Seçkinin martın 31-də keçirilən birinci turunda namizədlərdən heç biri 50 faizdən artıq səs toplaya bilmədiyindən ikinci mərhələ təyin edildi.

Zelenski 1-ci mərhələdə 30, Poroshenko isə təxminən 16 faiz səs toplamışdı.

Seçkinin birinci mərhələsində 39 namizəd mübarizə aparırdı,

Onlardan 35-i kişi, 4-ü isə qadın idi.

Son rəy sorğularının nəticələrinə görə Zelenski rəqibi Petro Poroshenkonu xeyli geridə qoyur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG