Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:58

‘Biden-in oğlunu araşdıran’ prokurorun vəzifədən çıxarılacağı deyilir


Kostyantyn Kulyk
Kostyantyn Kulyk

Ukraynanın baş prokuroru Ruslan Ryaboshapka deyib ki, ABŞ-ın keçmiş vise-prezidenti Joe Biden-in oğlunun işlədiyi enerji şirkətini araşdıran prokuror vəzifəsindən kənarlaşdırılacaq.

Hazırda ABŞ Konqresində prezident Donald Trump-a qarşı aparılan impiçment araşdırmasında Hunter Biden-in adı tez-tez çəkilir.

Ryaboshapka noyabrın 13-də Current Time saytına deyib ki, Kostyantyn Kulyk Baş Prokurorluqda çalışanların hamısı üçün icbari olan imtahana gəlməyib.

Ryaboshapka bildirib ki, “hazırkı qanunlara görə bizim ona xudahafiz deməkdən başqa yolumuz yoxdur”.

Kulyk Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq departamenti direktorunun müavinidir.

Baş prokuror bunu da deyib ki, Burisma Holdings şirkətinin işini araşdırarkən ona heç bir təzyiq göstərilməyib və ümumiyyətlə bu araşdırmanın başa çatması üçün aylarla vaxt lazım gələcək:

"Mən nə öz prezidentimizdən, nə də xarici siyasi fiqurlardan təzyiq hiss etmirəm. Ümumən isə, mən kiminsə istədiyi yox, özümün qanunla düzgün hesab etdiyim işləri görmək azadlığına malikəm”.

Trump-ın şəxsi vəkili Rudy Giuliani Kulyk-la görüşərək Biden-lərə qarşı iddiaları müzakirə etdiyini boynuna alıb.

Hazırda Konqres demokratları prezident Trump-ın öz siyasi rəqibinə qarşı cinayət işinə başlanması üçün Ukraynaya təzyiq göstərib-göstərmədiyini araşdıran impiçment sorğusu keçirirlər.

Trump Biden-i vəzifədə olduğu vaxt Burisma şirkətini araşdırdığına görə Ukraynanın keçmiş baş prokurorunu vəzifədən uzaqlaşdırmaqda ittiham edir.

Ryaboshapka bunu da deyib ki, bu məsələ barədə ABŞ hüquq-mühafizə orqanlarının məlumatı, elə Kiyevin malik olduğu məlumat qədərdir:

"Prinsipcə, əgər istəsələr onlar eyni araşdırmanı bizdən heç də aşağı səviyyədə olmadan özləri apara bilərlər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG