Ukraynada keçirilən vaxtındanəvvəl parlament seçkisində prezident Vladimir Zelenskinin partiyası inamla qalib gəlir.
AzadlıqRadiosu Ukrayna xidmətinin məlumatına görə, “Xalqın xidmətçisi” partiyası 42 faizdən çox səs toplayıb.
Amma ilkin məlumatlar göstərir ki, parlamentdə çoxluq təşkil etmək üçün Zelenskinin partiyasına tərəfdaş lazım ola bilər.
Seçi fəallığı 50 faizə yaxın olub.
Ümumilikdə parlamentə keçmək üçün lazım olan 5 faizlik həddi 5 partiya keçə bilib.
Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan “Müxalifət platforması” 11,5 faiz , keçmiş prezident Petro Poroshenkonun “Avropa həmrəyliyi” partiyası isə təxminən 8,9 faiz səs toplayıblar.
Keçmiş baş nazir Yuliya Timoshenkonun “Batkivşina” partiyası 7,6 faiz, musiqiçi Svyatoslav Vakarçukun yaratdığı “Səs” adlı yeni partiya isə 6,3 faiz səs toplayıb.
Ukrayna qanunlarına görə, parlamentdəki yerlərin yarısını partiya siyahısından, qalan hissəsini isə təkmandatlı dairələrdən olan namizədlər rutur.
Təkmandatlı dairələrdə ekzitpolun nəticəsi hələ ki, elan edilməyib.
Ukrayna parlamentində 450 deputat yeri var.
Amma Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki separatçı münaqişələrə görə, yalnız 424 deputat mandat alacaq.