Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:59

Ukraynada gənclər düşərgəsinin direktoru Sarkisyan həbs edilib


Sentyabrın 18-də Ukraynanın Odessa şəhərində Viktoriya cənclər düşərgəsinin direktoru həbs edilib. Bu düşərgədə sentyabrın 15-də baş vermiş yanğında üç qız həlak olmuşdu.

Odessanın Kiyev rayon məhkəməsi Petros Sarkisyan barədə iki aylıq həbs qətimkan tədbiri seçib.

O yanğından mühafizə qaydalarını pozmaqda şübhəli qismində saxlanacaq və bu müddətdə onun zaminə buraxılmasına icazə verilməyəcək.

Ukrayna rəsmiləri sentyabrın 16-da bildirmişdilər ki, bir gün əvvəl gecəyarı ikimərtəbəli taxta bina tamamilə yanıb.

Polis deyir ki, yanğın zamanı binada 42 uşaq olub.

Yanğın söndürüləndən sonra hadisə yerindən iki qızın qalıqları aşkar edilib. Üçüncü qız tapılmayıb.

Üçücü cəsədə aid olduğu güman edilən qalıqlar sonradan aşkar olunub.

Ukraynanın baş prokuroru Yuriy Lutsenko sentyabrın 18-də qızların valideynlərinə və Odessa sakinlərinə başsağlığı verib.

O habelə deyib ki, bu iş üzrə təhqiqatı “şəxsi nəzarətinə” götürüb.

Mayın 27-də prezident Poroşenko Viktoriya düşərgəsinə baş çəkmişdi. Yerli medianın xəbərlərinə görə prezident o vaxt demişdi ki, o təmir və yenidənqurma işlərindən sonra obyekti şəxsən yoxlamış və açılışını etmişdi.

Ukrayna və başqa keçmiş sovet respublikalarında ölümcül yanğınlar tez-tez baş verir. Bu, bir qayda olaraq ictimai binaların köhnəliyi ucbatından baş verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG