Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:40

Kiyev və separatçılar əsirləri dəyişdirdi (Video)


Azad edilən ukraynalı əsirlər (Video)
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Azad edilən ukraynalı əsirlər (Video)

Kiyev və Rusiya tərəfindən dəstəklənən separatçılar arasında əsirlərin çoxdan gözlənilən dəyişdirilməsi başa çatdırılıb.

Rəsmilərin verdiyi məlumata görə dekabrın 27-də Ukrayna hökuməti tərəfində saxlanan 238 əsir separatçıların nəzarətində olan Luhansk və Donetsk regionlarına qaytarılıb. Separatçılar Kiyevə 74 hərbi əsir və mülkiləri qaytarmalı idilər.

Bundan əvvəl, günün birinci yarısında AzadlıqRadiosu, içərisində 16 nəfər olan 3 maşının separatçıların nəzarətindəki Horlivka məntəqəsi tərəfdən keçdiyini xəbər vermişdi. Bunlar Kiyevə qaytarılan əsirlərin ilk dəstəsi idi.

Ukrayna hökuməti əldə olunmuş razılaşmaya əsasən 74 nəfərin əvəzinə separatçılara 306 əsir qaytarmalıydı.

Bu arada Luhansk regionundakı separatçıların sözçüsü Olqa Kobtseva AzadlıqRadiosuna bildirib ki, Kiyev gözlənilən əsirlərin 73 nəfərini qaytarıb.

Kobtseva deyib ki, ümumilikdə separatçıların nəzarətində olan ərazidən Kiyevə 99 nəfər qaytarılmalı idi. Lakin bunlardan 26-sı ya bundan əvvəl azad edilmiş, ya da qayıtmaq istəmədiyini bildirmişdi.

Rəsmilər bildirirlər ki, Ukrayna hökuməti Donetsk regionundan olan 165 əsiri qaytarıb.

Ukrayna ombudsmanı Valeriya Lutkovska deyib ki, hökumətin əlində olan 306 əsirdən 43-ü dekabrın 27-də keçid məntəqəsinə gətirilməyib, çünki bunlar daha əvvəl azad edilmişdilər.

Lutkovska bunu da əlavə edib ki, sözü gedən 306 əsirdən 10-15-i separatçıların nəzarətində olan əraziyə qayıtmaq istəmədiyini bildirib.

Ukrayna parlamenti spikerinin birinci müavini İrina Heraşçenko deyib ki, Ukraynanın əsir əsgərlərinə dekabrın 27-də separatçılar onları qaytarmazdan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri baş çəkmişdilər.

Əsgərlər əsirlərin dəyişdirildiyi məntəqənin yaxınlığından əvvəlcə helikopterlə Xarkova aparılmalı idilər.

Separatçıların lideri Aleksandr Zaxarçenko deyib ki, dekabrın 27-də baş tutmuş əsrdəyişmə bu prosesin yalnız başlanğıcıdır və artıq yeni əsir siyahıları üzərində iş gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG