Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Ukraynada separatçılara Rusiya generalı komandanlıq edib?


FTX generalı Andrey Burlaka
FTX generalı Andrey Burlaka

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) sərhəd xidməti rəisinin müavini Andrey Burlakanın Ukraynanın şərqindəki moskvayönlü separatçılara və rusiyalı hərbçilərə rəhbərlik etdiyi güman olunur.

Belə bir nəticəyə BBC Rus Xidmətinin, Bellingcat qrupunun və Rusiyanın The Insider nəşrinin birgə apardığı təhqiqatda gəlinib.

2014-cü ildə Donbas üzərində qəzaya uğramış Boeing sərnişin təyyarəsinin işini araşdıran birgə istintaq qrupunun dərc etdiyi araşdırma hesabatında deyilir ki, qondarma “Donetsk Xalq Respublikasının” nümayəndələri öz aralarındakı rasiya danışıqlarında Ukraynanın şərqində Rusiya hərbçilərinin keçirdiyi əməliyyata hansısa Vladimir Ivanoch-in başçılıq etdiyini bildirirdilər.

Qeyd olunur ki, bu şəxsdən hərbi dəstək və silahla kömək istəyirdilər.

Separatçıların keçmiş komandanı Igor Strelkov məhz onun əmrlərinə tabe olduğunu xatırlayırdı.

Jurnalistlər bir-birlərindən ayrılıqda Vladimir Ivanovıch-ın əslində Burlaka olduğu nəticəsinə gəliblər.

Burlakanın marşrutları

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bunun üçün BBC jurnalistləri dövlət məlumat bazasındakı məlumatlardan istifadə edərək Burlakanın Rusiya daxilində hərəkətlərini izləyiblər.

Məlum olub ki, Burlaka tez-tez Ukraynanın separatçıların nəzarətində olan əraziləri ilə həmsərhəd bölgələrə uçuşlar edib.

Bu uçuşların vaxtları separatçılar arasında rasiya danışıqlarının vaxtları ilə üst-üstə düşürdü.

Şəxsi məlumatlara çıxışı olan mənbə BBC-yə bildirib ki, general Burlakanın 2014-cü il ərzində etdiyi yerdəyişmələrə dair bütün məlumatlar şəxsi məlumat bazasından çıxarılıb və onun hərəkətləri barədə məlumatlar yalnız arxiv surəti şəklində qalıb.

BBC-yə Vladimir Ivanovıch-in ehtimal olunan soyadını vermiş mənbə əlavə edib ki, 2014-2015-ci illərdə Ukraynanın şərqindəki münaqişənin aktiv fazası qurtardıqdan sonra Burlakanın vəzifəsi böyüdülüb və ona Rusiya Qəhrəmanı adı verilib.

BBC-nin sifariş etdiyi fonoskopik səs ekspertizası general Burlakaya və “Vladimir Ivanovich”-ə məxsus səslər arasında oxşarlıq və fərqləri müəyyən edib.

The Insider-in apardığı buna bənzər təhqiqat da səsin eyni adama məxsus olduğunu aşkara çıxarıb.

BBC bu barədə sorğunu FTX-yə göndərib. Igor Strelkov bu təhqiqatın nəticələrini nə təsdiq, nə də təkzib edib.

2014-cü ildə Donbas üzərində Malayziya Hava Yolları şirkətinin MH17 reysi ilə uçan təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 298 sərnişin və ekipaj üzvünün hamısı həlak olub.

Birgə istintaq qrupu hesab edir ki, sərnişin təyyarəsi əslində Rusiya ərazisindən gətirilmiş Buk raket-zenit qurğusu ilə vurulub.

Moskva bu ittihamı rədd edir.

Boeing təyyarəsinin vurulmasına dair iş üzrə keçən fiqurantlardan biri – Donetsk separatçılarının keçmiş komandanı Igor Strelkov israr edir ki, təyyarə separatçılar tərəfindən vurulmayıb.

O münaqişədə Rusiya hərbçilərinin iştirakına dair iddialarla bağlı şərhdən imtina edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG