Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:35

Avropa Ukraynada separatçı seçkiyə görə 9 nəfəri ‘qara siyahıya’ saldı


Leonid Pasechnik
Leonid Pasechnik

Avropa İttifaqı ötən ay Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilərdə keçirilmiş seçkilərin təşkilində iştirak etdiyi iddia olunan 9 nəfərə qarşı sanksiyalar elan edib.

Dekabrın 10-da Brüsseldə keçirilən iclasda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri bu şəxslərin adlarının sanksiyalar siyahısına daxil edilməsi barədə qərar qəbul ediblər.

Qərarda bu şəxslərin öz hərəkətləri ilə “Ukraynanın ərazi bütövlüyünw, suverenliyini və müstəqilliyini sarsıtdıqları” deyilir.

Beləliklə sözü gedən 9 nəfərin adı Rusiyadan və Ukraynadan olan 155 nəfərin siyahısına əlavə edilib və indi bu siyahıda 164 var.

Avropa Ittifaqının sanksiyalar siyahısına salınanların arasında Olga Pozdnyakova və Olena Kravchenko da var. Onlar Donetsk və Luhansk regionlarının separatçı rejimlərində başçı müavinidirlər və həm də sözü gedən seçkilərdə MSK-lara rəhbərlik ediblər.

Sanksiya siyahısına habelə Donetsk və Luhanskın separatçı məclislərinin başçıları Vladimir Bidyovka və Denis Miroshnichenko, habelə Luhansk separatçı rejiminin yeni başçısı Leonid Pasechnik də daxil ediliblər.

Bu siyahıda olanlara qarşı aktivlərin dondurulması və səfər qadağanı kimi sanksiyalar tətbiq edilir.

İttifaq habelə 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən bəri separatçılara dəstək verən 44 fərdin bank hesablarını və mülkiyyətini dondurub.

Kiyev, Avropa İttifaqı və Birləşmiş Ştatlar separatçıların Donetsk və Luhansk vilayətlərində noyabrın 11-də keçirdikləri seçkiləri pisləyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG