Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:05

ABŞ Ukraynaya görə yeni sanksiyalar elan edir


Birləşmiş Ştatların Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker
Birləşmiş Ştatların Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker

Birləşmiş Ştatlar Rusiyanın Ukraynadakı təcavüzü ilə əlaqədar sanksiyaların yeni dövrəsini elan edib.

Üç fərdi və doqquz vahidi hədəfləyən sanksiyaların bəyanatında deyilir ki, bu tədbir “Rusiyanın Ukraynadan ilhaq edilmiş Krımı özünə inteqrasiya etməsi cəhdlərinə özəl investisiyalar və özəlləşdirmə layihələri vasitəsilə dəstək verənləri”, habelə “ciddi insan haqları pozuntusu törədənləri” cəzalandırmağı nəzərdə tutur.

ABŞ-ın yeni sanksiyalarını Birləşmiş Ştatların Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker noyabrın 8-də elan edib.

Daha sonra ABŞ-ın Maliyyə Nazirliyi bu barədə xüsusi bəyanat yayıb.

ABŞ və Qərb ölkələri Rusiyanın 2014-cü ilin martında Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki moskvayönlü separatçılara verdiyi dəstəklə bağlı Moskvanın üzərinə çox sayda sanksiyalar tətbiq edib.

Telefonla keçirdiyi mətbuat konfransında Volker deyib ki, Birləşmiş Ştatlar “Rusiyanın Krımı ilhaq etməsini tanımır və heç vaxt tanımayacaq”.

O əlavə edib ki, Vaşinqton Moskvanın Ukraynadan qoparmağa çalışdığı Luhansk və Donetsk regionlarında “ciddi insan haqları pozuntusu törədən rusiyalı fərdlərin üzərinə təzyiqi davam etdirəcək”.

Volker həmçinin deyib ki, Birləşmiş Ştatlar bu ərazilərdə noyabrın 11-ə təyin edilmiş separatçı seçkilərin əleyhinədir:

"Biz Rusiyanı bunları dayandırmağa və davam etdirməməyə çağırırıq. Separatçılar bu bölgədə legitimliyə malik deyillər”.

ABŞ nümayəndəsi bunu da bildirib ki, bu bölgələrdə seçki keçirilməsi Moskvanın Minsk razılaşmasının şərtlərini pozması deməkdir.

Ukrayna bildirib ki, “saxta seçkilərin” nəticələri “etibarsız olacaq və tanınmayacaq”. Avropa İttifaqı ölkələri də Ukraynanın şərqində keçirilən “qanunsuz” seçkiləri pisləyiblər.

Rusiya israr edir ki, bu seçkilərin keçirilməsi Donetskdə separatçı lider Aleksandr Zakharchenkonun qətlindən sonra yaranmış “hakimiyyət boşluğunu doldurmaq” məqsədi güdür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG