Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:16

Ukrayna təhlükəsizlik orqanları Saakaşvilini saxlayıb


Saakaşvili ukraynalıları dekabrın 10-da keçiriləcək antihökumət mitinqinə çağırmışdı
Saakaşvili ukraynalıları dekabrın 10-da keçiriləcək antihökumət mitinqinə çağırmışdı

Ukraynada hüquq-mühafizə orqanları Mixeil Saakaşvilini saxlayıb. Bundan bir neçə saat əvvəl Ukrayna müxalifətinin lideri və Gürcüstanın keçmiş prezidenti ukraynalıları paytaxt Kiyevdə hökumət əleyhinə mitinqə çağırmışdı.

Saakaşvilinin üç tərəfdarı AzadlıqRadiosuna bildiriblər ki, o dostlarından birinin mənzilində həbs olunub.

Saakaşvilinin yaxın müttəfiqi David Sakvarelidze deyib ki, onu həbs edənlər Ukraynanın təhlükəsizlik xidməti SBU-dan olublar və o SBU-nun saxlanma mərkəzinə aparılıb.

Baş prokuror Yuri Lutsenko bu xəbəri özünün Facebook səhifəsində təsdiq edib və yazıb: “Hər bir şey qan tökülməsinin qarşısını almaq məqsədilə edilib”.

Lutsenko yazır ki, Saakaşvili müvəqqəti saxlanma mərkəzindədir.

Bundan bir neçə saat əvvəl Saakaşvili ukraynalıları dekabrın 10-da antihökumət mitinqinə çağırmışdı.

Özünün Facebook səhifəsində Saakaşvili tərəfdarlarına müraciətlə səsinin tutulduğunu və hərarətinin yüksək olduğunu yazırdı, lakin bildirirdi ki, günorta Kiyevin Müstəqillik meydanında keçirilən yürüşdə onların yanında olacaq.

Hüquq-mühafizə orqanları bundan əvvəl, dekabrın 5-də Saakaşvilini öz mənzilində həbs etmişdilər. Lakin bunun ardınca tərəfdarları onu polis maşınından çıxarmışdlar.

​Bundan sonra baş prokurorluq Saakaşvilinin axtarışını elan etmişdi.

Polis dekabrın 6-da parlamentin yaxınlığındakı etiraz çadırına reyd keçirsə də, Saakaşvili həbs olunmamışdı.

Onun özünü təslim etməsi üçün qoyulmuş 24 saatlıq müddətin bitməsinə baxmayaraq hakimiyyətdən heç bir hərəkət yox idi.

Ukrayna rəsmiləri Saakaşvilini keçmiş prezident Yanukoviçin iddia edilən “kriminal qrupu” ilə əlaqədar olmaqda ittiham edirlər. Saakaşvili bu ittihamları rədd edir.

XS
SM
MD
LG