Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Ukrayna rusiyayönlü telekanalları bağlayır


Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna Rusiya prezidenti Vladimir Putinə bağlılığı ilə tanınan siyasi fiqurla əlaqəsi olan medialara sanksiyalar qoyub.

Ukrayna prezidenti Volodimir Zelenksi özünün milli təhlükəsizlik müşavirlərinin məsləhəti ilə ölkədə fəaliyyət göstərən üç telekanala sanksiyalar elan edib.

Bu telekanalların hamısı moskvayonlü Həyat Naminə Platformanın üzvü Taras Kozaka məxsusdur.

Əslində isə Ukrayna mediasının yazdığına görə 112, NewsOne və ZIK telekanalları rusiyayönlü siyasi şuranın rəhbəri Viktor Medvedçukun mülkiyyətindədir.

Medvedçuk bu telekanalların ona məxsus olduğunu inkar edir.

Putin 66 yaşlı Medvedçukun qızının xaç atasıdır. ABŞ ona qarşı 2014-cü ildə sanksiyalar elan edib.

Lakin fevralın 2-də elan olunmuş sanksiyalara görə sözü gedən telekanallar bağlanıb. Buna baxmayaraq onlar yayınlarını internet vasitəsilə davam etdirirlər.

Zelenski Twitter-də bu qərarın çətin olduğunu yazıb. O qeyd edib ki, buna baxmayaraq ifadə azadlığını dəstəkləyən Ukrayna, “təcavüzkar ölkə tərəfindən maliyyələşdirilən təbliğtı dəstəkləyə bilməz”.

Rusiyanın telekanalları

Ukrayna parlamentinin keçmiş üzvü Serhiy Leşşenko sözü gedən telekanallara qarşı sanksiyaları hökumətin qətiyyətli addımı adlandlırıb.

Leşşenko YouTube platformasını da bu telekanalların bağlanmasına çağırıb.

Prezidentin başqa bir müşaviri Mıxaylo Podolyak deyib ki, sözü gedən telekanallardan ölkədə xarici təsirlərin güclü aləti kimi istifadə olunub.

Lakin Rusiya parlamentinin yuxarı palatasının üzvü Aleksey Puşkov “müxalifət telekanallarının” bağlanmasını Zelenskinin siyasi rəqabətə dözə bilməməsi ilə izah edib.

Ukrayna bu ilin əvvəllərindən Rusiyanın agenti kimi tanınan qurum və şəxslərə qarşı hərəkətlərini intensivləşdirib.

Dubinskinin parlamentdən çıxarılması

AzadlıqRadiosu yazır ki, sözü gedən hadisələrdən bir gün əvvəl ABŞ administrasiyası və Zelenski hökuməti arasında ilk telefon danışığı olmuşdu.

Fevralın 1-də Zelenskinin “Xalqın xidmətçisi” partiyası Oleksandr Dubinskinin parlamentdən çıxarılması barədə qərar qəbul edib.

ABŞ Dubinskiyə 2020-ci il ABŞ seçkisinə iddia olunan müdaxiləsinə görə sanksiyalar elan etmişdi.

Yanvarın 28-də Ukrayna 2020-ci il ABŞ prezident seçkisinə müdaxiləyə görə müxtəlif fərdlərə qarşı cinayət işi açıb.

2020-ci ilin sentyabrında ABŞ Maliyyə Nazirliyi Ukrayna millət vəkili Andriy Derkaça ABŞ seçkisinə müdaxiləyə görə sanksiyalar qoyub.

ABŞ onu Rusiyanın agenti olmaqda ittiham edir.

Administrasiyanın təmizlənməsi

Derkaç, Amerikada prezident seçkisinin ərəfəsində özünün iddia etdiyinə görə Co Bayden və onun oğlu Hanterin Ukraynada korrupsiya əməllərini sübut edən materialları dərc etmişdi.

O vaxt onun bu hərəkəti seçkidə Donald Trampın qələbə qazanmasına dəstək kimi qiymətləndirilmişdi.

Yanvar ayında ABŞ Maiyyə Nazirliyi Dubinski də daxil Derkaçın nüfuz dairəsi ilə bağlı olan 4 nəfər üzərinə sanksiyalar qoymuşdu.

Zelenskinin keçmiş milli təhlükəsizlik müşaviri Oleksandr Danilyuk yanvarın 28-də xəbərdarlıq etmişdi ki, Ukrayna prezidenti öz administrasiyasını ABŞ seçkisinə müdaxilədə şübhəli bilinənlərdən təmizləməlidir.

Birləşmiş Ştatlar daim Ukraynada iqtisadi islahatların keçirilməsinə və bu ölkənin Avropa İttifaqına inteqrasiyasına dəstək verib.

Vaşinqton 2014-cü ildə Rusiya Krım yarımadasını ilhaq etdikdən sonra Ukraynaya 1.6 milyard dollarlıq hərbi yardım göstərib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG