Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Kiyev 23 rusiyalı məhbusu 23 Ukrayna məhbusuna dəyişmək istəyir


Kinorejissor Oleh Sentsov
Kinorejissor Oleh Sentsov

Ukrayna parlamentinin vəzifəli deputatlarından biri deyib ki, Kiyev Rusiyada məhbusluqda olan ukraynalıları Ukraynada həbsdə olan rusiyalılarla dəyişməyə hazırdır.

Millət vəkili, Verxovna Radanın spiker müavini olan Iryna Herashchenko iyulun 2-də deyib ki, Kiyevin dəişməyə hazır olduğu 23 nəfər Ukraynanın Odessa, Rayna, Xarkov, Xerson və Ternopol regionlarında terrorçu aktlar törətməyi planlaşdırmaqda ittiham olunurlar. Bunlardan bəziləri Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərinin separatçı dəstələrinin üzvləri olublar.

Herashchenko bildirib ki, bu məhbusların bir qisminin məhkəmə prosesi davam edir.

Xanım Herashchenko-nun səsləndirdiyi məhbus siyahısında Viktor Ageyev birincidir. O terrorizmdə və qanunsuz silah saxlamaqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvar ayında məhkum edilmiş Ageyev Ukrayna qüvvələri tərəfindən Rusiyanın dəstəklədiyi separatçılara qarşı Luqansk vilayətinfdə aparılan əməliyyat zamanı həbs olunub. Bu əməliyyat zamanı iki separatçı döyüşçü və Rusiya zabiti öldürülüb.

Həbsindən bir neçə gün sonra Ageyev deyib ki, o ələ keçəndə Rusiya Silahlı Qüvvələrində müqaviləli əsasda qulluq edirdi.

Belə sübutlatın olmasına baxmayaraq Moskva Ukraynanın şərqindəki hərbi əməliyyatlrda iştirakını və Kiyevə qarşı döyüşən separatçıları dəstəklədiyinə dair iddiaları danır.

Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, hazırda Rusiyanın həbsxanalarında suiyasi motivlərlə məhbus edilmiş 23 dustaq var. Ukrayna tərəfi bunu da bildirir ki, 40-dək Ukrayna vətəndaşı Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasında saxlanır.

Ukrayna və Rusiya arasında məhbusların dəyişdirilməsinə dair danışıqlar artıq həftələrdir ki, davam edir, lakin bundan heç bir nəticə hasil olmayıb.

Rusiyada məhbus edilən ən məşhur ukraynalılardan biri də kinorejissor Oleh Sentsovdur.

Əslən Krımlı olan Sentsov Krımı ələ keçirmiş Rusiya hakimiyyəti tərəfindən terrorçuluq ittiham ilə 20 illik həbsxana cəzasına məhkum edilib..

O 50 gün müddətində aclıq aksiyası keçirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG