Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:12

Ukrayna ordusu ‘irəliləyişdə’ olduğunu bildirir


Ukrayna Silahlı Qüvvələri Strateji Kommunikasiya Departamentinin 22 sentyabr tarixli Telegram postunda deyilir ki, Rusiyanın işğalçı qüvvələri Luhanskın şərqindəki Lisiçansk şəhəri yaxınlığında “çətin duruma” düşüb

Ukrayna hərbiyyəsi bildirib ki, ölkənin qismən işğal olunmuş Luhansk regionunun “ən mühüm logistik arteriyalarından birində” Rusiya qüvvələrinə qarşı “rəvan və inamlı” bir şəkildə irəliləyişini davam etdirir.

Ukrayna Silahlı Qüvvələri Strateji Kommunikasiya Departamentinin 22 sentyabr tarixli Telegram postunda deyilir ki, Rusiyanın işğalçı qüvvələri Luhanskın şərqindəki Lisiçansk şəhəri yaxınlığında “çətin duruma” düşüb.

Ukraynanın şərqindəki Donbas regionunun bir hissəsi olan Luhansk Rusiyanın nəzarətində olan və mübahisəli referendumların keçirilməsi planlaşdırılan 4 ərazidən biridir.

Bu ərazilərin Rusiyaya birləşdirilməsi üçün referendumlar sentyabrın 23-də başlanmalıldır.

Ukrayna və onun müttəfiqləri bu referendumların qanunsuz olduğunu və nəticələrinin tanınmayacağını bildiriblər.

Ukrayna qüvvələri son vaxtlarda Rusiyanın hərbi müdaxilənin gedişində ələ keçirdiyi bəzi əraziləri geri ala bilib.

Qarşılıqlı artilleriya atışması

Luhansk regionunda Ukraynanın hərbi qubernatoru Serhiy Hayday sentyabrın 19-da demişdi ki, Ukrayna qoşunları bölgədə bir neçə kəndi azad edə bilib.

Hayday sentyabrın 21-də bildirmişdi ki, işğalçı qüvvələrin komanda mərkəzinin Svatovodakı qərargahı Ukrayna qoşunları tərəfindən dağıdılıb.

Svatovo Luhansk vilayətinin mərkəzi şəhəri olan Luhansk şəhərinin 160 kilometrliyindədir.

Qalan ərazilərdə sentyabrın 22-də Rusiya və Ukrayna qüvvələri bir-birini raket və artilleriya atəşinə tutublar.

Bu atışmada azı 6 nəfərin həlak olduğu bildirilir.

Rusiya qüvvələrinin Zaporojye şəhərinə raket zərbələri nəticəsində 1 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Donetsk vilayətinin Rusiyanın nəzarətində olan ərazilərində rəsmilər Ukraynanın artilleriya zərbələrindən 5 nəfərin öldüyünü bildiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG