Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:08

Qəzadan əvvəl Ukrayna təyyarəsində yanğın baş verib


Ukrayna təyyarəsinin qəzaya düşdüyü ərazi, İran, 8 yanvar, 2020
Ukrayna təyyarəsinin qəzaya düşdüyü ərazi, İran, 8 yanvar, 2020

Ukrayna təyyarəsi Tehranda qəzaya uğramazdan əvvəl təyyarədə yanğın baş verib.

Bu barədə, AzadlıqRadiosu yanvarın 9-da İranın mülki aviasiya xidmətinin yaydığı ilkin hesabata istinadla xəbər verir.

Məlumat, yerdəki və ətrafdan ötən təyyarədəki şahid ifadələrinə əsaslanır.

Yanvarın 8-də baş verən qəza nəticəsində ümumilikdə 176 nəfər ölüb, qəzadan sağ çıxan olmayıb.

Təyyarə Tehrandan Kiyevin “Borispol” beynəlxalq hava limanına uçurmuş.

Kanadanın baş naziri Justin Trudeau isə bu arada bildirib ki, onun ölkəsinin bu cür qəzaların araşdırılmasında böyük təcrübəsi olduğundan istintaqa böyük tövhə verə bilər. Qeyd edək ki, həmin qəzada həlak olanların 60-dan çoxu Kanada vətəndaşıdır.

Qeyd edək ki, Kanada ilə İran arasında diplomatik münasibətlər 2012-ci ildən pozulub, və bu iki ölkə arasındakı münasibətlərdə əsasən İtaliya vasitəçilik edir.

Qəzaya görə yanvarın 9-da Ukraynada matəm günü elan edilib.

"Borispol" hava limanı-Kiyev
"Borispol" hava limanı-Kiyev

Ukrayna hakimiyyəti istintaqla bağlı İrana nümayəndə heyəti göndəriləcəyini bəyan edib.

İlkin olaraq qəzaya səbəb kimi texniki problem göstərilsə də sonradan bu versiya aradan qaldırıldı.

Məlumata görə pilotlar qəza vaxtı həyacan siqnalı verməyiblər.

Qəza təyyarə Tehran hava limanında havaya qalxdıqdan az sonra baş verib.

XS
SM
MD
LG