Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:27

WSJ: Ukraynanın ələ keçirdiyi texnika Qərbdən aldığından çoxdur


İzyum şəhərində Ukrayna qüvvələrinin əlinə keçən Rusiya tankları
İzyum şəhərində Ukrayna qüvvələrinin əlinə keçən Rusiya tankları

Bu barədə The Wall Street Journal qəzeti Oryx mərkəzinin analitiklərinə və hərbi məmurlara istinadən yazıb

Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başlayandan Ukrayna Qərb ölkələrindən ona verilən hərbi texnikadan daha çox Rusiya hərbi texnikasını qənimət götürüb.

Bu barədə The Wall Street Journal qəzeti Oryx mərkəzinin analitiklərinə və hərbi məmurlara istinadən yazıb.

Açıq mənbələrlə işləyən Oryx layihəsinin hesablamalarına görə Ukrayna Silahlı Qüvvələri Rusiyadan 460 tank, 92 özüyeryən haubitsa topu, 448 piyadaların döyüş maşını (PDM), 195 zirehli döyüş maşını və 44 yaylım atəşli zenit-raket qurğusu ələ keçirib.

Bu, Ukraynaya bütün Qərb müttəfiqlərinin birlikdə verdiyi texnikadan çoxdur.

Qəzet yazır ki, bu məlumatlar açıq mənbələrdən alınıb və buna görə də real rəqəmlər bu məlumatdakından böyük ola bilər.

“Karpatskaya seç” batalyonu qərargah rəisinin müavini Ruslan Andreyko bu barədə deyib:

"Bizdə o qədər qənimət var ki, heç bilmirik bunları nə edək. Biz piyada batalyonu kimi başlamışdıq, amma indi mexanikləşdirilmiş batalyona çevrilirik”.

Qəzet yazır ki, “Karpatskaya Seç” ötən ay İzyum şəhərinə daxil olarkən 10 müasir T-80 tankı və beş ədəd 152 mm çaplı Giatsint haubitsaları ələ keçirib.

Ermənistan Hindistandan 'Bayraktar'a oxşar dronlar alır
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

“Ruslar daha atəş üstünlüyünə malik deyillər...”

Xarkov cəbhəsindəki Ukrayna artilleriya batalyonunun qərargah rəisi deyib ki, onlar hazırda Amerika silahları ilə yanaşı bu yaxınlarda Rusiya qüvvələrindən ələ keçirdikləri dörd ədəd 152 mm çaplı 2S19 Msta haubitsalarından istifadə edirlər və indi onların sovet çaplı sursatları boldur:

“Ruslar daha atəş üstünlüyünə malik deyillər. Biz hücuma başlamazdan əvvəl onların bütün artilleriyasını darmadağın etmişik. Biz daha sonra irəliyə elə sürətlə hücuma keçmişik ki, onlar heç tanklarına yanacaq doldurmaq üçün macal tapmayıblar. Onlar hər şeyi atıb qaçıblar”.

Yazıda bu da qeyd olunur ki, Qərb silahları Rusiya qoşunlarının döyüş meydanlarında qoyub qaçdıqları texnikadan daha müasir və daha dəqiqdir.

Oryx layihəsinin təhlilçisi Yakub Yankovski deyir:

"Onların ələ keçirdiyi müasir texnikanın qarşığından ibarətdir. Bunların yeri muzey olsa da, onlardan hələ də səmərəli istifadə etmək olar”.

Bununla belə Xarkov vilayətindəki İzyum şəhərində Ukrayna əks-hücumundan qaçan Rusiya qüvvələri daha müasir Rusiya texnikasını atıb gediblər.

Qeyd olunur ki, Ukraynanın qənimətləri arasında Rusiyanın T-90 tankları, BTR-82 PDM-ləri var.

Qərb Ukraynaya hələki öz tanklarını verməsə də...

Qərb müttəfiqləri Ukraynaya hələki öz istehsalları olan tanklar verməyiblər. Lakin Kiyevə Polşadan 230 ədəd modernizasiya edilmiş T-72 tankları verilib.

ABŞ və Avropa müttəfiqləri əsas diqqətlərini Ukraynanın NATO standartlı dəqiq artilleriya ilə təchiz edilməsinə yönəldiblər.

Ukraynaya ABŞ istehsalı M777 və Paladin, Almaniyadan Panzerhaubitze 2000 və Polşadan Krab haubitsaları, habelə HIMARS yaylım atəşli zenit-raket sistemləri verilib.

Ekspertlər deyirlər ki, Rusiya da, əsasən müharibənin əvvəllərində Ukraynadan hərbi texnika ələ keçirib.

Oryx-in hesablamasına görə ukraynalılardan 109 tank, 15 özüyeriyən haubitsa və 63 PDM qənimət götürülüb.

Ukraynada müharibə başlanandan bəri Kiyev Qərbdən 15 milyard dollarlıq hərbi yardım alıb.

Bu yardımda ABŞ-ın payına 8.79 milyard dollar düşür.

ABŞ prezidenti Co Bayden oktyabrın 4-də bəyan etmişdi ki, Birləşmiş Ştatlar Ukraynaya 625 milyon dollarlıq yeni yardım paketi elan edəcək.

Bu paketə HIMARS sistemləri, haubitsa sursatı, minalar və 200 minayadavamlı təkərli taktiki maşın daxildir.

Zelenski: Ukrayna ordusu sürətlə irəliləyir
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG