Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Ukraynada prezident administrasiyasının keçmiş rəhbəri dindirilib


Andrey Boqdan
Andrey Boqdan

Ukraynanın Dövlət Təhqiqatlar Bürosu (DTB) prezident Volodimir Zelenskinin keçmiş administrasiya başçısı Andrey Boqdanı dindirməyə çağırıb.

Müstəntiqlər bildiriblər ki, buna səbəb Boqdanın sentyabrın 9-da verdiyi müsahibədə guya Ukrayna ilə Rusiyanın vəzifəli rəsmiləri arasında ölkə qanunlarında nəzərdə tutulmayan razılaşmaların olduğuna dair fikir bildirməsi olub.

Bu razılaşmalar bir sıra başqa məsələlərlə yanaşı ilhaq olunmuş Krımın statusu, Rusiya ilə hava nəqliyyatı əlaqəsi və əsirlərin dəyişdirilməsinə aiddir.

DTB bildirir ki, toxunulan məsələlərin ictimai əhəmiyyəti nəzərə alınaraq Boqdana qarşı istintaq tədbirləri görülüb və o dedikləri barədə faktların yoxlanması üçün şahid qismində dindirilib.

UNIAN xəbər agentliyi bildirir ki, sentyabrın 9-da Boqdanın tanınmış jurnalist Dmitri Qordona müsahibəsinin yalnız birinci hissəsi yayınlanıb.

Ertəsi gün Boqdan Facebook səhifəsində yazıb ki, müsahibədən sonra üzləşdiyi təhdidlərlə bağlı Ukrayna-Rumıniya sərhədini keçməli olub.

Oliqarx Kolomoyskinin vəkili

Andrey Boqdan prezident administrasiyasının rəhbəri vəzifəsinə ötən ilin mayında, Volodimir Zelenskinin prezident seçkisində qələbəsindən sonra təyin edilmişdi.

O vaxt bu təyinat bir çox söz-söhbətlərə səbəb olmuşdu, çünki o bir vaxtlar nüfuzlu oliqarx İqor Kolomoyskinin vəkili idi.

Keçmiş prezident Petro Poroşenkonun hakimiyyəti illərində Kolomoyskiyə qarşı cinayət işi açıldığından o Ukraynanı tərk etməli olmuşdu.

Ukrayna dövləti sahiblərindən biri də Kolomoyski olan Privatbankı milliləşdirmişdi.

Oliqarx ölkədən 5 milyard dollar oğurlamaqda ittiham olunurdu.

Bəzi şərhçilər Kolomoyskinin Boqdan vasitəsilə Zelenskinin qərarlarına təsir göstərdiyini bildirirdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG