Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 16:59

Beş keçmiş prezident Polşa-Ukrayna münasibətlərindən narahatdır


Keçmiş Polşa prezidentləri Aleksander Kwasniewski və Bronislaw Komorowski, habelə Ukraynanın Polşadakı səfiri Andriy Deshchytsia (sağda)

Polşa və Ukraynanın 5 keçmiş prezidenti Rusiyadan qaynaqlanan millətçilik və təxribatların ucbatından onların ölkələri arasında yaranmış gərginliyin aradan qaldırılmasına çağıran birgə bəyənat imzalayıb.

Gərginlikdən narahartlıq ifadə edən prezidentlər deyiblər ki, “Rusiyanın Ukraynadakı təcavüzü nəzərə alınmaqla” hazırda həmrəyiliyə böyük ehtiyac var.

Müraciət mayın 28-də Varşavada iki keçmiş Polşa prezidenti Aleksander Kwasniewskivə Bronislaw Komorowski tərəfindən təqdim edilib.

Bu müraciəti keçmiş Ukrayna prezidentləri Leonid Kravchuk, Leonid Kuchma və Viktor Yushchenko da imzalayıblar.

Polşa Avropa İttifaqında və NATO-da Ukraynanın Qərbin sıralarına gətirilməsinin ən qızğın müdafiəçisidir. Onun bu mövqeyi Moskvanı qəzəbləndirir.

Lakin son vaxtlar Polşa-Ukrayna münasibətləri tarixi keçmişə ziddiyyətli baxışlarla əlaqədar gərginləşib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG