Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:35

Ukrayna polisi ‘mafia başçılarının yığıncağında’ 60 nəfəri həbs etdiyini bildirir


Ukrayna polisi Kiyevdə mütəşəkkil cinayətkar qrup başçılarının yığıncağı olduğu iddia edilən toplantıda 60-dan çox adamın həbs edildiyini xəbər verir.

Hakimiyyət orqanları həbslərin noyabrın 26-da Milli Polis və Ukrayna xüsusi qüvvələri tərəfindən Kiyevin tarixi Puşşa-Voditsiya məhəlləsindəki restoranda gecə saatlarında keçirildiyini bildiriblər.

Ukrayna Milli Polis Qüvvəsinin bəyanatında deyilir ki, Kiyevdə toplantı keçirənlərin arasında “paytaxtda və ölkənin başqa yerlərində cinayətkarlıqla bağlı vəziyyətə təsir imkanı olan” qüdrətli kriminal boslar da olub.

Milli Polis Qüvvəsinin Kiyev bölməsinin rəisi Andriy Krışçenko deyib ki, həbs edilmiş 60 şübhəli dindiriləcək.

O bildirib ki, cinayətkarlığa dair sənədlər bu adamların əksəriyyətinin müxtəlif cinayətlərə görə həbsxanalarda olmalı olduqlarını göstərib.

Krışçenko habelə deyib ki, reyd zamanı xeyli bıçaq və “şübhəli” lisenziyası olan tapançalar müsadirə edilib.

O bunu da qeyd edib ki, bəzi saxlananların şübhəli kimlik sənədləri var.

Sözçü bildirib ki, müstəntiqlər ilkin araşdırmadan sonra mümkün cinayət işlərinin qaldırılması barədə qərar qəbul edəcəklər.

XS
SM
MD
LG