Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:49

Ukraynalı pilot rus silah alverçisinə dəyişdirilə bilər


Nadia Savchenko
Nadia Savchenko

►"Interfax": Savçenkonun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır

"Interfax" agentliyi məlumatlı mənbəsinə istinadən yazır ki, 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Ukrayna hərbi təyyarəçisi Nadejda Savçenko bir qrup Rusiya vətəndaşı ilə dəyişdirilə bilər.

Onların arasında hazırda ABŞ həbsxanalarında olan şəxslər də var. Söhbət ilk növbədə ABŞ həbsxanalarında saxlanılan Viktor ButKonstantin Yaroşenkodan gedir.

"Silah baronu" adlı filmin baş qəhrəmanının prototipi olan Viktor But ABŞ-ın terrorçu kimi tanıdığı "FARC" ("Kolumbiya İnqilabi Silahlı Qüvvələri") solçu radikal qruplaşmasına silah satdığına görə ABŞ-da həbs edilərək 25 il müddətinə azadlıqdan məhrum edilib.

Təyyarəçi Konstantin Yaroşenko isə ABŞ-ın narkotik dövriyyəsinə qarşı mübarizə agentliyinin xüsusi əməliyyatı nəticəsində Liberiya ərazisində həbs olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilib. Yaroşenko ümumi dəyəri 100 milyon ABŞ dolları olan dörd ton Kolumbiya kokaininin ABŞ-a keçirilməsini təşkil etməkdə ittiham edilib.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

"Hazırda... Savçenkonun dəyişdirilmə yolu ilə azad edilməsi barədə məsləhətləşmələr aparılır. Rusiya tərəfi ...öz vətəndaşlarının siyahısını təklif edib," deyə mənbə "Interfax"a bildirib.

Viktor But, t2011
Viktor But, t2011

Mənbə əlavə edib ki, siyahıda "fəaliyyəti adətən açıqlanmayan" rusiyalılar da var.

Sözügedən mənbə Nadejda Savçenkoya qarşı məhkəmə hökmünün qanuni qüvvəyə minməsindən sonra onun dəyişdirilməsi üçün hər hansı maneə görmədiyini vurğulayıb. O həmçinin deyib ki, bir şəxsin bir neçə nəfərə dəyişdirilməsi praktikası əvvəllər də olub.

Daha əvvəl Kreml rəsmiləri Savçenkonun Ukraynada mühakimə edilən Rusiyanın Baş Kəşfiyyat İdarəsi "döyüşçüləri" ilə dəyişdirilməsinin "nəzəri" mümkünlüyü barədə danışırdılar.

Nadejda Savçenko barədə çıxarılmış məhkəmə qərarı hökmün oxunmasından 10 gün sonra, yəni aprelin 1-də qanuni qüvvəyə minəcək. Ukrayna hərbçisini iki rus jurnalistini öldürməkdə ittiham edərək 22 il həbs cəzasına məhkum ediblər. Təyyarəçinin müdafiəçiləri qərardan şikayət etməyəcəklərini və onun dəyişdirilməsinə ümid etdiklərini bəyan ediblər.

Buna da bax: Bakı Venesiyaya "bənzəyir"

Bakı "üzür"...
Gözlə
Embed

No media source currently available

0:00 0:03:48 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG